Bu ölkə raket hücumlarına qarşı sığınacaqlar TİKİR
Yaponiya raket hücumlarına qarşı sığınacaqlar tikməyi planlaşdırır.
KONKRET.azxəbər verir ki, bunu ölkənin müdafiə naziri Yasukazu Hamada "Sankei Shimbun" qəzetinə müsahibəsində bildirib:
"Müdafiə xərclərinin artırılması proqramı çərçivəsində əhalini raket hücumlarından qorumaq üçün sığınacaqların tikintisinə başlamaq vacibdir. Biz bu ilin sonuna qədər bu məsələni fəal şəkildə müzakirə edəcəyik".
Nazir qeyd edib ki, hərbi idarənin bəzi obyektlərindən sığınacaq kimi istifadə oluna bilər.
Onun sözlərinə görə, Şimali Koreya ballistik raket proqramını son dərəcə yüksək templə inkişaf etdirir.
"Raketlərin buraxılmasını aşkar etmək və onların qarşısını almaq getdikcə çətinləşir. Raketlərdən qorunmaq bizdən daim yeni səylər tələb edir", – müdafiə naziri əlavə edib.
Məlumata görə, raket sığınacaqlarının tikintisi proqramı ilk növbədə Tayvan ətrafındakı ucqar adalarda həyata keçiriləcək. Tokio bu bölgəni potensial hərbi münaqişə zonası hesab edir.
Qeyd edək ki, oktyabrın əvvəlində KXDR-də buraxılan raket Yaponiyanın şimal hissəsi üzərindən uçaraq Sakit Okeanın açıq sularına düşüb.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü