Bu qidalar ağrıları AZALDIR
Hər birimiz həyatda müxtəlif ağrılarla üzləşirik – baş ağrısı, bel ağrısı, oynaq və əzələ ağrıları və s. Əksər hallarda fikirləşmədən biz ağrısızlaşdıran dərmanlardan birinə əl atırıq.
KONKRET.az xəbər verir ki, belə dərmanların tez-tez və həkimin məsləhəti olmadan qəbulu çox təhlükəlidir.
Bu səbəbdən ağrılarla təbii üsullarla mübarizə aparmağa çalışın. Maraqlıdır ki, bəzi qida məhsulları və ədviyyatlar ağrıları azaltmaq xüsusiyyətinə malikdir. Bu məhsullar arasında:
– Albalı. Bu giləmeyvə və onun şirəsi çox gözəl təbii ağrısızlaşdırıcı dərmandır. Albalı oynaqlarda və əzələlərdə ağrıları və iltihabları azaldır.
– Zəncəfil miqren, artrit, əzələ ağrıları, qadınlarda menstruasiya ağrıları, mədədə diskomfort zamanı çox yaxşı kömək edir. 1/4 çay qaşığı üyüdülmüş və ya 3-4 sm uzunluqda təzə zəncəfil isti suda dəmlənilir və qəbul olunur.
– Balıq və balıq yağı bel, boyun, oynaqlar ağrıları zamanı yaxşı kömək edir. Belə ağrılardan tez-tez əziyyət çəkirsinizsə, həftədə 2-3 dəfə balıq yeyin. Omeqa3 maddəsi ilə zəngin olan balıq qan dövranını yaxşılaşdırır, sinir və damarları iltihablardan qoruyur.
– Sarıkök bağırsaqlarda spazmları, sinir və oynaq ağrılarını azaldır, iltihabəleyhinə təsir edir.
– Bioyoqurt mədə-bağırsaq sistemində ağrılar, köp, spazmlar və s. xoşagəlməz hisslərlə mübarizə aparır.
– Nanə istənilən ağrılar zamanı yaxşı kömək edir. 1 çay qaşığı nanə qurusunu 1 fincan qaynar suda dəmləyin, 1 dilim limon əlavə edin və için. Baş, qarın, əzələ ağrıları tez bir zamanda keçəcək.
– İstiot çox yaxşı ağrısızlaşdırır. Məhz bu səbəbdən ağrılar zamanı tərkibində istiot olan plastrlar və məlhəmlər istifadə olunur. İstiot damarların genişlənməsinə, yerli qan dövranının yaxşılaşmasına səbəb olur ki, nəticədə ağrı və iltihab azalır.
– Soya bitkisi artrit zamanı yaxşı kömək edir, ağrıları azaldır.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı