Bu qidalar hətta siqaret çəkənlərin...
Alimlər qidalanmanın sağlamlığa təsiri barədə daha bir maraqlı araşdırma aparıblar.
Bu dəfə məlum olub ki, təzə pomidor, alma və banan hətta siqaret çəkənlərin ağciyərlərini bərpa edir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Con Hopkins Universitetinin Bloomberg Xalq Sağlamlığı Məktəbinin mütəxəssisləri tərəfindən 650 könüllü arasında aparılan uzunmüddətli tədqiqatın nəticəsində belə qənaətə gəlinib.
Əvvəlcə alimlər ağciyərin vəziyyətini və xəstələrin qidalanma xüsusiyyətlərini qiymətləndiriblər. 10 ildən sonra təkrar müayinə aparılıb. Məlum olub ki, qida rasionu təzə pomidor, alma və bananla zəngin olan insanlarda orqanın funksiyasının azalması dayanır. Müəlliflər bildiriblər ki, sağlamlıq vəziyyətindən asılı olaraq, təxminən 30 yaşdan sonra ağciyər funksiyasının azalması tendensiyası başlayır. Ağciyər funksiyasının azalması xəstələrin tənəffüs və digər ağciyər xəstəliklərinə qarşı həssaslığını artırır. Tədqiqat iştirakçıları gündə 2-dən çox pomidor və 3 porsiya təzə meyvələr qəbul ediblər. 10 il sonra alimlər müəyyən edib ki, onların bəzilərində ağciyərlər bərpa olunmağa başlayıb.
Vurğulanıb ki, alma, banan və pomidorun müntəzəm olaraq istifadəsi ağciyər funksiyasının yaşla bağlı azalmasının qarşısını alır. Həmçinin siqaret çəkmə nəticəsində zərər çəkmiş orqanın bərpasına kömək edir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ