Bu qidalar istiyə dözməyinizə KÖMƏK EDƏCƏK
Bəzi tərəvəzlər isti havada özümüzü yaxşı hiss etməyimizə kömək edə biləcək.
KONKRET.az xəbər verir ki, dietoloq Yelena Solomatina yerli KİV-ə müsahibəsində düzgün qidalanma yolu ilə yay istisinin öhdəsindən gəlmək üçün dəyərli məsləhətlər verib.
O, istilər zamanı daha çox pomidor və kök yeməyin vacib olduğunu vurğulayıb.
Dietoloqun sözlərinə görə, bu qidaların tərkibində bədənə yüksək temperaturun öhdəsindən gəlməyə kömək edən likopen var. Tərkibində karotenoid və beta-karotin olan yerkökünü xama ilə yedikdə xüsusilə faydalıdır.
Bundan əlavə, Solomatina vurğulayıb ki, karotenoidlərlə zəngin göyərti və tərəvəzlər ultrabənövşəyi şüalardan qorunmaqda, dərinin və görmə qabiliyyətinin sağlam saxlanmasında mühüm rol oynayır.
Onun fikrincə, isti havalarda pəhrizinizi dəyişdirməyə dəyər, xüsusən də lazımsız qidaların istehlakını azaltmaq lazımdır. İlk növbədə, söhbət mal, donuz və quzu əti kimi həzm olunmayan qidalardan gedir. Pəhrizdə bunları balıq, toyuq, hinduşka və ya dovşan əti ilə əvəz etmək daha yaxşıdır. Solomatina isti havada çoxlu mayonezli salatlar yeməyi məsləhət görmür.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı