Bu qidaları ac qarına yeməyin - DİQQƏT!

Bu qidaları ac qarına yeməyin - DİQQƏT!Bəzən səhər yuxudan oyananda düşünmədən əlimizə keçəni yeyirik. Lakin bəzi ərzaqların ac qarına yeyilməsi çox təhlükəli ola bilər. Bunlar hansı məhsullardır?
Milli.Az medicina.az-a istinadən bildirir ki, səhər tezdən soyuducunu açarkən aşağıdakı ərzaqlarla diqqətli olun:
Şirin mayalı bulkalar
Ac qarnına yeyilən hər hansı bir şirniyyat qanda insulinin kəskin azalmasına səbəb olur. Bundan başqa zəifliyə və iştahın azalamsına da gətirib çıxarır. Bu cür səhər yeməyinə vərdiş edilmiş orqanizmdə diabetik hallar daha çox olur. Maya çörəyinin də ziyanı az deyil.
Moruq
Çiyələk, moruq və başqa bu kimi yay giləmeyvələri kifayət qədər turşu maddələri ilə zəngin olduğuna görə mədədə qıcıqlanma yarada bilər. Bəs, daha düzgün necə yeməli? Əgər bu meyvələri səhər yemək istəyirsinizsə, onda, yaxşı olar ki, bir qədər yulaf əlavə edəsiz. Ya da kəsmik ilə birgə nahar yeməyində yeyin. Tox qarnına isə adi meyvələri olduğu kimi, bunları da qida qəbulundan 2 saat sonra yemək olar.
Hisə verilmiş kolbasa və konservləşdirilmiş balıq
Hisə verilmiş kolbasada olan çoxlu duz və konservantlar qaraciyəri zədələyir. Konservləşdirilmiş balığın isə tərkibində qistamin olmasından orqanizmdə iltihabın və alergiyanın yaranmasına səbəb ola bilər. Kolbasa sevərlər, əgər siz sedviç sevirsinizsə, yaxşı olar ki, qaynadılmış yağsız mal əti və ya toyuqdan istifadə edəsiniz. Belə daha faydalı olar.
Armud və xurma
Bu dadlı meyvələr boş mədəni qıcıqlandıracaq liflərdən ibarətdir. Bu da mədədə şişkinliyin yaranmasına səbəb ola bilər.
Odur ki, onları gündüz, qəlyanaltı kimi yemək daha yaxşıdır. Yanında qatıq, bir dilim pendir, bir neçə qoz-fındıq olması mütləqdir.
Portağal şirəsi
Əgər sizin mədənizdə yüksək turşuluq varsa, onda, səhəri portağal şirəsi ilə başlamaq yaxşı deyil. Hətta, sağlam adamın mədəsində belə sitrus meyvələri qıcıqlanmaya səbəb ola bilər. Ənənəvi İngilis səhər yeməyi - yulaf və bir stəkan portağal şirəsi mükəmməldir. Amma yalnız sıyıq yeməyindən sonra şirəni içmək olar.
Acı souslar və sarımsaq
Ac qarnına yeyilən soğan və sarımsağın tərkibindəki efir yağları, mədə altı iltihaba səbəbdir. Acı souslar da mədə divarını sıradan çıxarır. Yaxşı olardı ki, bunlar nahar və şam yeməyində əlavə ədviyyat kimi yeyilsin.
Tez hazırlanan sıyıqlar
Sıyıqların tərkibində şəkərin çox olması, onun faydasını azaldan amillərdəndir. Bundan başqa, onun tərkibində qaraciyər üçün zərərli olan E vitamini də çoxdur. Yaxşı olar ki, yulaf və başqa dənli bitkilər axşamdan isti suda saxlanılsın. O zaman səhərə bişirilməsinə ehtiyac qalmayan faydalı, hazır sıyıq əldə edə bilərsiniz.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler metbuat xeberleri valyuta