"Bu qış daha "isti" keçəcək" - Bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasında

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında iki illik fasilədən sonra telefon danışığı oldu. Söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb. Şolts, həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb. O, Putini münaqişəyə son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan ərazilərindən çıxarmağa çağırıb.
Bundan başqa, CNN-nin məlumatına görə, ABŞ-nin yeni seçilən prezidenti Donald Trampa görə bəzi Qərb ölkələri Rusiya ilə bağlı siyasətini yenidən nəzərdən keçirməyə başlayıblar. İddia olunur ki, Birləşmiş Ştatların Ukraynaya yardımı dayandıracağı halda Avropa Rusiya ilə üz-üzə qalacaq. Bundan çəkinən Qərb liderləri münasibətlərin gərginləşməməsinin tərəfdarıdır.
Trampın səlahiyyət müddətinin başlamasına 2 aydan az vaxtın qalması və Baydenin Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin fonunda hadisələrin bundan sonra necə cərəyan etməsi maraq doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Elşad Paşasoy bildirdi ki, Şoltsın Putinə zəng etməsi müsbət mənada müəyyən ümidlər yaratmışdı:
"Hesab olunurdu ki, telefon danışığı zamanı dəhşətli müharibənin səngiməsi istiqamətdinə müəyyən razılıq əldə olunacaq. Vaxtaşırı Almaniyanın Rusiyaya loyal münasibət sərgiləməsi, enerji aslılığı və ondan irəli gələn məsələlər ümidləri daha da artırırdı. Zəng zamanı Putinin Şoltsa danışıqlara hazır olduğunu bildirməsi də ümidverici idi. Amma ABŞ Prezidenti Cozef Baydenin ATACMS taktiki ballistik raketləri barədə qərarı, Ukraynanın əlini daha da gücləndirdi və müharibənin növbəti dəhşətli fazaya keçməsinə səbəb oldu. Şoltsa Putinin arasında baş tutmuş telefon danışığının gərgin məcrada keçməsi və nəticəsizliyi ilə bağlı fikirlər olsa da, müharibənin daha da alovlanmasına səbəb ABŞ rəhbərliyinin qərarıdır. Bundan əvvəl Ukrayna lideri Volodimr Zelenski ümidsiz idi, az qala məğlubiyyəti etiraf etəcəyi təəssüratı yaradırdı. Amma raketlərin istifadəsindən sonra fərqli situasiyanın yarana biləcəyinə dair ehtimallar var. Pentaqonun 275 milyon dollar dəyərindəki son yardım pateki də rəsmi Kiyevin mübarizə əzmini artırmağa hesablanıb".
Ekspert vurğulayıb ki, ABŞ-nin son qərarları Rusiya üçün bəhanə olacaq:
"Rusiya başda Kiyev olmaqla Ukrayna ərazilərinə, xüsusən də mülki əhalinin məşkunlaşdığı məntəqələrə iri çaplı zərbələr endirə bilər. Yeri gəlmişkən, ABŞ-nin Kiyevdəki səfirliyinə verdiyi təlimat da müharibənin bundan sonrakı ssenarisi barədə ehtimallar formalaşdırır. Səfirlik əməkdaşlarına sığınacaqlarda fəaliyyət göstərməsi qışın daha da "isti" keçəcəyinə işarədir. Gözlənilən idi ki, qarşıdakı aylarda Qərb rəsmi Moskvanı qıcıqlandıracaq addımlardan çəkinəcək. Lakin indi Rusiya daha qəzəblidir. Onların nüvə təhdidlərini açıq şəkildə səsləndirməsi sıradan deyil. Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də qeyd edirdi ki, Qərbdə düşünürlərsə ki, biz nüvə silahından istifadə etməyəcəyik, o zaman yanılırlar. Yeni nüvə doktrinasının təsdiq olunması da, Rusiyanın nə qədər ciddi olmasından xəbər verir. Şübhəsiz ki, belə olan halda Çexiya, Polşa, Böyük Britaniya və Fransa kimi ölkələr təhdidlə qarşı-qarşıya qala bilər. Bu mənada Polşanın son günlər təhlükəsizlik tədbirlərini gücləndirməsi də bu qəbildəndir".
Müsahibim vurğulayıb ki, Rusiyanın təhlükəli oyunçu olduğu bir çox ölkəyə məlumdur:
"Döyüşlərə Şimali Koreyadan hərbçilər cəlb olunur. Artıq canlı qüvvələrin iştirakı fonunda NATO birbaşa döyüşlərə qatılmış olacaq. Bu da nüvə silahından istifadə ehtimalını daha da artıra bilər. Tramp Adminstrasiyasından gözləntilər böyük idi. Ancaq o da ABŞ-nin mövqeyini yürüdəcək. Bir çoxları hesab edirdi ki, döyüş hərb meydanından danışıqlar masasına keçəcək. Lakin Tramp səlahiyyətlərinə başlamadan Üçüncü Dünya müharibəsinə şahidlik edə bilərik. Ümid edirəm ki, ağıl, düşüncə qalib gələcək və tərəflər bəşəriyyətin fəlakətlərinə yönəlik addımlar atmayacaq".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 23 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu valyuta məzənnələri bugunun xeberleri