Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazla Türk dünyası arasında mühüm əlaqələndirici mərkəzə çevirir. Bu baxımdan, Azərbaycan həm Qafqaz birliyinin, həm də Türk dünyasının inteqrasiyasının gücləndirilməsində əsas aktorlardan biri kimi çıxış edir.

Mövzunu KONKRET.az-aşərh edən politoloq Faiq Ələkbərli bildirib ki, Azərbaycan coğrafiyası və xalqı tarixən həm Qafqazda, həm də Türk dünyasında mühüm strateji rol oynayıb:
"Tarixin müxtəlif dövrlərinə, qədim, orta əsrlərə, yeni və ən yeni dövrlərə nəzər saldıqda Azərbaycanın həm Qafqazda, həm də Türk dünyasında mühüm mövqeyə malik olduğunu görmək mümkündür. Bu rol indi də davam edir. Əslində, Azərbaycanla Qafqazı bir-birindən ayrı təsəvvür etmək çətindir. Azərbaycan türkləri tarixən həm coğrafi, həm siyasi, həm də hərbi baxımdan Qafqazda mühüm mövqedə dayanıb. Eyni zamanda Azərbaycan Türk dünyası ilə Qafqaz arasında əlaqələndirici coğrafiya kimi çıxış edib. Azərbaycan dili və Azərbaycan türkcəsi də tarixən regionun mədəni və dil mühitində mühüm rola malik olub. Azərbaycan türkcəsi Oğuz və Qıpçaq türk dillərinin təmasında formalaşmış mühüm dil qollarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Türküstan, Qafqaz, Anadolu və Kərkük kimi türk coğrafiyalarının kəsişməsində yerləşən Azərbaycan tarixən həm dil, həm də mədəniyyət baxımından mühüm körpü funksiyasını yerinə yetirib. Bu baxımdan, istər Şimali, istərsə də Cənubi Azərbaycan Türk dünyasının mühüm mərkəzlərindən biri hesab olunur. Tarixi proseslərə və xüsusilə son əsrlərdə formalaşan siyasi-fəlsəfi ideyalara nəzər saldıqda Bakı, Gəncə, Təbriz və Dərbənd kimi şəhərlərin mühüm ideya mərkəzlərinə çevrildiyi görünür. Qafqaz xalqlarının və Türk dünyasının birliyi ideyaları da bu coğrafiyada formalaşan fikir cərəyanlarında öz əksini tapıb. Bu baxımdan Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və Mirzə Bala Məhəmmədzadənin irəli sürdüyü ideyalar xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə də Azərbaycan Qafqazda əməkdaşlığın genişləndirilməsi və Türk dünyasının inteqrasiyası istiqamətində fəal siyasət yürüdür. Xüsusilə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və Türk dünyasının daha sıx birləşməsi istiqamətində təşəbbüsləri diqqət çəkir".
Politoloqun sözlərinə görə, Azərbaycanın Qafqaz siyasətində də regional əlaqələrin inkişafı mühüm yer tutur:
"Dağıstan və Tatarıstanla, eləcə də noqaylar, qumuqlar və digər türk xalqları ilə əlaqələrin qorunub saxlanılması bu baxımdan əhəmiyyətlidir. Bununla yanaşı, Gürcüstanla münasibətlərin inkişaf etdirilməsi, Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində atılan addımlar da Qafqazda sabitlik və əməkdaşlıq baxımından mühüm amillərdir. Türk dünyasının birliyi istiqamətində Azərbaycanın mövqeyi də son illərdə daha da güclənib. Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" ifadəsi bu yanaşmanın əsas istiqamətlərindən birini ifadə edir. Bu siyasəti Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digər Azərbaycan mütəfəkkirlərinin irəli sürdüyü ideyaların müasir dövrün reallıqları çərçivəsində davamı kimi qiymətləndirmək olar. Beləliklə, həm Qafqaz xalqları arasında əməkdaşlıq, həm də Türk dünyasının birliyi məsələsində Azərbaycanın mühüm rolu var. Azərbaycanın gələcəkdə də Qafqazda "birlik" və "Qafqaz evi" ideyalarının, eləcə də Türk dünyasının inteqrasiyasının inkişafında aparıcı rol oynaya biləcəyi istisna edilmir. Tarixən bu coğrafiyada müxtəlif xalqların və dövlətlərin qarşılıqlı əlaqələri mövcud olub. Xəzər xaqanlığı da bunun tarixi nümunələrindən biri kimi göstərilə bilər. Bu baxımdan, Azərbaycanın Qafqazla Türk dünyası arasında əlaqələndirici rol oynayır".

Politoliq Məhəmməd Əsədullazadə də saytımıza açıqlamasında deyib ki, Azərbaycan 2020-ci ildən etibarən Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıq formalaşdırıb. Hazırda ölkə Cənubi Qafqazda Türkiyə ilə koordinasiyalı siyasət həyata keçirir:
"Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatının inkişafı və Türk dünyasında birliyin möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Xüsusilə, üzv ölkələr arasında şəxsiyyət vəsiqələri ilə səfərlərin mümkünləşdirilməsi, gələcək mərhələdə isə hərbi əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı təkliflər diqqət çəkir. Bu istiqamətdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət mühüm əhəmiyyət daşıyır. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə də dövlət başçısı Azərbaycanın bu məsələlərlə bağlı mövqeyini açıqlayıb. Azərbaycan hesab edir ki, yeni dünya nizamının formalaşdığı bir dövrdə Türk dünyasının birliyi daha da güclənməlidir. Bu baxımdan, Azərbaycan Türk birliyinin ayrılmaz hissəsi olmaqla yanaşı, təşkilatın regional və beynəlxalq müstəvidə daha güclü aktora çevrilməsi üçün məqsədyönlü və ardıcıl siyasət həyata keçirir. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvü kimi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə də töhfə verir. Eyni zamanda, Orta Dəhlizin Türk Dövlətləri Təşkilatına üzv ölkələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilməsi istiqamətində də işlər aparılır. Beləliklə, Azərbaycan bir tərəfdən Qafqaz ölkəsi kimi regional proseslərdə mühüm rol oynayır, digər yandan isə Türk Dövlətləri Təşkilatının əsas üzvlərindən biri kimi Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasına töhfə verir. Azərbaycanın təşəbbüsləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Türk dövlətləri və xalqları arasında mədəni, humanitar, elmi və digər istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsi də prioritetlər sırasındadır. Bu istiqamətdə qeyri-hökumət təşkilatları çərçivəsində də müxtəlif təşəbbüslər həyata keçirilir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 16 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari kriminal xeberler şou biznes xəbərləri dunya xeberleri