Bu sabun və şampunlar körpələrin dərisinə daha uyğundur

Bu sabun və şampunlar körpələrin dərisinə daha uyğundurUşaqların sağlamlığı həm də gigiyenik qaydalara əməl edilməsindən asılıdır. Analar bu sahədə daha həssas olurlar, lakin təmizlik vasitələrindən istifadə zamanı hansı məsələlərə diqqət yetirilməsini bilmək çox vacibdir. Balacaların dərisi zərif və həssas olduğuna görə yalnız onlar üçün istehsal edilən məhsullara üstünlük verilməlidir.
Milli.Az bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Uşaq dərisi üçün ən çox nəmləndirici xüsusiyyətə malik olan kremlərdən istifadə etmək məsləhətdir, lakin gərək onların da tərkibində heç bir qatqı və hormonal maddələr olmasın. Tərkibi A və E vitaminləri ilə zəngin olan başqa kosmetik vasitələrdən də istifadə etmək olar".
Mütəxəssislər bildirirlər ki, şampun, sabun və digər təmizlik vasitələri uşağın dərisinə uyğun seçilməlidir. Həkim-dermatoloq qeyd edib ki, ilk növbədə, sabunu və ya maye sabunu köpük halına gətirəndən sonra körpənin dərisinə sürtmək lazımdır, çünki birbaşa təmas uşağın dəri səthinin qoruyucu funksiyasını aşağı sala bilər. Bundan başqa, ən çox quru dərisi olan uşaqlar üçün tərkibində qliserin, vazelin, kokos yağı və yaxud zeytun yağı olan sabunlardan istifadə edilməlidir.
Yaş kateqoriyasını da nəzərə almaq çox əhəmiyyətlidir, çünki hər yaşa uyğun təmizlik vasitələrinin tərkibi fərqli olur. Körpələr üçün əlavə rəng qatqısı, allergik təsiri olmayan sabun və şampunlar daha məqsədəuyğundur. Tərkibində efir yağı olan təmizlik vasitələrindən isə uşağın 3 yaşından etibarən istifadə etmək olar. Sərt sabunlarla isə yalnız körpələrin əllərini yumaq məsləhətdir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun hava haqqinda gunun xeberleri futbol xeberleri