"Bu sahədə dost yoxdur" - Pərvin
"Şou-biznesdə dostum yoxdur. Nə öz sahəmdə nə də ki, müğənni sahəsində. Mənim demək olar ki, hamı ilə yaxşı münasibətim var. Amma bu sərhəd çərçivəsindədir. Bunun əksi də var".
azxeber.com xəbər verir ki, bunu "Xəbərin var?" verilişində qonaq olan aktrisa Pərvin Abıyeva deyib.
Aktrisanın sözlərinə görə həmkarı olan ən yaxın rəfiqəsi peşəsinə görə ondan uzaqlaşıb:
"İstər-istəməz paxıllıq və qısqanclıq olur. Mahnını, səsini, pulunu, gəlirini qısqana bilir. Misal üçün özümün üzləşdiyi bir hadisəni danışım. Bu sənətə gələndə bir yaxın rəfiqəm var idi. O da aktrisa idi. Bu sənətə gəldiyimə görə o qız məndən üz döndərdi. O dili ilə mənə dedi ki, sən niyə bu işi görürsən, get başqa işi gör. O qız artıq bu sahədə yoxdur. Adını çəkə bilmərəm. O indi ailəlidir və uşağı var. Keçmiş aktrisalardan biridir. O gündən o qızın mənimlə düşmən olduğunu bilirəm. O qız o gündən bu günə kimi mənimlə danışmır. Deyir ki, sən görürsən ki, mən aktrisayam sən niyə aktrisa olursan".
Aysel

Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib