Bu sahələrdə çalışanlar pensiyaya daha tez çıxacaqlar
Mülki aviasiya sahəsində və ağır iş şəraitində çalışanlar daha tez pensiyaya çıxa biləcəklər. Bu məsələ "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
azxeber.com xezerxeber.az-a istinadən bildirir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, bu sahələrdə çalışan şəxslər pensiya təyinatına dəyişikliklərin olması ilə bağlı bir neçə dəfə müraciətlər ediblər. Artıq qeyd olunan sahələrdə çalışan şəxslərin pensiya təyinatı ilə bağlı dövlət tədbirlər görəcək.
Məlahət İbrahimqızının sözlərinə görə, mülki aviasiya sahəsində və ağır iş şəraitində çalışanlar pensiyaya çıxarkən onlar üçün həm pensiya kapital tələbatı, həm də 25 illik staj tələbi, eyni zamanda, yaş tələbi var idi. Bir sıra hallarda bu kateqoriyadan olan insanlar həmin yaş müddətində pensiya kapitalını toplaya bilmirdi. Stajı toplaya bilmədiyinə görə, müvafiq şəraitdə lazımi pensiyanı da ala bilmirdi. İndi bu tələblər aradan qaldırılır.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında"qanuna edilən dəyişikliklər komitə iclasında müzakirə olunaraq qəbul edilib. Qanuna edilən dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı