"Bu səfərlərin çox böyük siyasi mənası var
"Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi".
azxeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.
"BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir.
Son olaraq, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək", - deyə Prezident vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir