Bu şəxs İlham Əliyevə müraciət etdi: Mənə sığınacaq verin - FOTO
Erməni bloger İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, siyasi sığınacaq istəyib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat yayıb.
"Hörmətli cənab Prezident, nəzərinizə çatdırım ki, Qarabağı Azərbaycan ərazisi olaraq açıq şəkildə tanıdığım üçün Ermənistanda mənə qarşı cinayət işi açılıb. İrəvan Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınması lehinə çıxış etdiyimə, həmçinin "artsax" kvazi-dövlət qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir. Onu da nəzərinizə çatdırım ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə gətirib çıxaracaq və barəmdə elan olunmuş beynəlxalq axtarış Ermənistanda həbsxanadan başqa istənilən yerdə mənə qapıları bağlayır.
Hörmətli cənab Prezident, mövcud reallıqları nəzərə alaraq və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə vətəndaşlığım olduğu ölkəmə qayıtmağımın mümkünsüzlüyünü nəzərə alaraq, Azərbaycanda siyasi sığınacaq vermənizi xahiş edirəm. Hörmətlə, İşxan Verdyan", – o qeyd edib.


Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası