Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək

Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcəkİstehlak krediti götürən şəxsə zamin duranlara yeni borc limiti qoyulub.
azxeber.com Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə zaminin borcun gəlirlərə nisbəti (BGN əmsalı) 70 faizdən artıq olmamalıdır.
Bu o deməkdir ki, istehlak krediti götürən şəxsə zamin duran şəxsin borcunun gəlirlərinə nisbəti 70 faizdən çox olmamalıdır.
Sadə dillə desək, zaminin aylıq borc ödənişləri onun gəlirlərinin 70 faizini keçməməlidir. Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, borc ödənişləri 700 manatdan artıq olmamalıdır. Belə olduğu təqdirdə, həmin şəxslər zamin qismində çıxış edə bilməyəcəklər.
Bu tələb oktyabrın 10-dan sonra yaranmış kredit tələblərinə şamil ediləcək.
Məlumat üçün bildirək ki, aşağıdakı hallar istisna olmaqla istehlak krediti BGN əmsalı 70 faizdən çox olmayan borcalanlara verilir:
milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid) çıxış etdikdə kreditin təminata olan nisbəti (KTN əmsalı) 100%-dən, digər birinci qrup təminatlar çıxış etdikdə KTN əmsalı 90%-dən, banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadıqda;
xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid), yaxud digər birinci qrup təminatlar çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda.
Limiti borcalanın vergidən sonra xalis gəlirlərinin 5 mislindən artıq olan istehlak krediti xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən artıq olmamalıdır.
Hesablama zamanı yuxarıda nəzərdə tutulmuş təminatlarla təmin edilmiş kredit xətləri istisna olmaqla borcalanın bütün kredit təşkilatları qarşısındakı öhdəlikləri nəzərə alınır.

İqtisadiyyat       Tarix: 13 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aytac İmanova: "Evlərin dizaynında istifadə etdiyimiz daşlar evin xarakterini müəyyən edir

Memar-dizaynerAzərbaycan evlərində İtaliya daşlarından istifadə və düzgün material seçimi barədə danışıb. xəbər verir ki, son illər Azərbaycanda yaşayış interyerlərində təbii daşa və onun müasir texnoloji alternativlərin

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" v

Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu ("IBF-2026") işə başlayıb. xəbər verir ki, sabah başa çatacaq tədbir "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin "Mastercard" beynəlxal

PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

PAŞA Bank 24–25 noyabr 2026-cı il tarixlərində keçirilən X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub. "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusuna həsr olunan forum bankların, tənzimləyici qurumların

Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 00 AZN olan 165 pul mükafat

AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi

AZCON Holding şirkətlərindən olan "Azərbaycan HavaYolları" QSC 2025-ci il üzrə dayanıqlılıq hesabatını təqdim edib. xəbər verir ki, şirkətin üçəsas fəaliyyət istiqamətini – sərnişin aviaşirkətini, hava limanların

Qızılın qiyməti aşağı düşüb

Comex birjasında 2026-cı ilin dekabrında çatdırılma müddəti ilə qızıl fyuçerslərinin qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb. xəbər verir ki, Bakı vaxtı ilə saa

"Azərlotereya"dan iki yeni "Poz-Qazan" oyunu: Böyük uduş imkanları

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC lotereya həvəskarları üçün bir-birindən maraqlı oyunlarda böyük uduş imkanları təqdim etməyə davam edir. Bu dəfə iki yen

Unibank və BANM arasında anlaşma memorandumu imzalandı - FOTOLAR

"Unibank" KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu "Unibank"ın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov imzalayıblar


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər futbol xeberleri sonxeber az novruz bayramı