AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldüAZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və "2027 APEX Best Cabin Service in Central & Southern Asia".
azxeber.com xəbər verir ki, mükafatların xüsusi əhəmiyyəti onların birbaşa sərnişinlərin müstəqil rəy və qiymətləndirmələri əsasında müəyyən edilməsidir. APEX-in reytinqləri "Concur" şirkətinin "TripIt" platforması ilə əməkdaşlıq çərçivəsində toplanan anonim sərnişin qiymətləndirmələrinə əsaslanır. Qiymətləndirmə zamanı göyərtədə xidmətin keyfiyyəti, oturacaqların rahatlığı, qida və içki təminatı, əyləncə sistemləri və internetə çıxış imkanları nəzərə alınır.
Mükafatlar 19 noyabr 2026-cı il tarixində Sinqapurda keçirilən "APEX FTE EXPO 2026" beynəlxalq aviasiya forumu çərçivəsində təqdim olunub.
Tədbir aviaşirkətlərin, hava limanlarının, rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrini və aviasiya sənayesinin aparıcı ekspertlərini bir araya gətirib.
"APEX Four-Star Major Airline" mükafatı Azərbaycan Hava Yollarının ümumi sərnişin təcrübəsi üzrə yüksək göstəricilərini, "Best Cabin Service in Central & Southern Asia" mükafatı isə aviaşirkətin Mərkəzi və Cənubi Asiya regionunda hava gəmisinin göyərtəsində göstərilən xidmət sahəsində əldə etdiyi nailiyyətləri təsdiqləyir.
Qeyd edək ki, aviaşirkət 2026-cı ildə "Skytrax World Airline Awards" mükafatlandırma mərasimində də "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət" adına layiq görülüb.
Bu mükafatlar AZAL-ın sərnişin xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq aviasiya bazarında mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin növbəti göstəricisidir.
Azərbaycan Hava Yollarının fəaliyyəti ilə bağlı ən son xəbərlərlə aviaşirkətin rəsmi internet səhifəsində və mobil tətbiqində tanış olmaq mümkündür.

İqtisadiyyat       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəy

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR

ADA Universiteti və "Bank of Baku"nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin ilk tətbiq olunacağı sahələr məlum olub. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zau

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-c

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az cəbhədən son məlumat xeber.az 2026 xeberler bugun