Bu şəxslər quru yolla sərhədi keçə bilər
Azərbaycanda COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ilin martından tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvar ayının 2-dək uzadılıb.
İnfeksiyaya yoluxma sayında azalma müşahidə edildikcə bir çox məhdudiyyətlər aradan götürülüb. Lakin həmin tədbirlər çərçivəsində qapadılan quru sərhədlər hələ də bağlıdır.
Hələlik Azərbaycandan çıxış və ölkəyə giriş üçün yeganə vasitə hava yollarıdır. Lakin qonşu ölkələrdə yaşayan azərbaycanlıların yaxınları öz qohumlarına daha tez-tez baş çəkmək istəyirlər. Pandemiya zamanı, yəni yoluxma sayı yüksək həddə olanda bu, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi tərəfindən müəyyən qaydayla tənzimlənirdi.
Bəs indi mexanizm necədir? Xarici ölkələrə müalicəyə gedənlər, qonşu ölkələrdə birinci dərəcəli qohumu yaşayanlar və ya qonşu ölkələrdə vəfat edən birinci dərəcəli qohumu olanlar üçün xüsusi icazə varmı?
Məsələ ilə bağlı cebhe.info-ya danışan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə onların nazirliyə müraciət etməli olduqlarını deyib:
"Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət edilir, nazirlik də həmin müraciəti Nazirlər Kabinetinə ünvanlayır. Onlar tərəfindən verilən qərara əsasən fərdi qaydada quru yolu ilə çıxış və girişə icazə verilir. Yəni həmin müraciət əsasında müvafiq qərar qəbul edilir". / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"