Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldıBu günlərdə "Dövlət qulluğu haqqında" qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə qərar verildiyini göstərir.
Məlum olduğu kimi, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.
APA-nın əldə etdiyi məlumata görə, dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.
Sadə dildə desək, köhnə mexanizmlər - həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.
Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız 35-45%-ni təşkil edir, qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər "misli ilə" ödənişlərdən ibarət olurdu. Bu mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyri-müəyyənlik yaradırdı. Yeni modeldə isə hər şey sadələşib: aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə, yeni modeldə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45% deyil, orta hesabla 95%-dən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir.
Müvafiq qanunvericiliyə dəyişikliklərdən sonra mükafatlandırma mexanizmi də yenilənir. Hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Bu vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. İndi isə bu mexanizmdən imtina edilir və mükafatlar ləğv edilir.
Digər mühüm addım müalicə müavinətinin ləğvidir. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə bir aylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq.
İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb.
Mütəxəssislər hesab edir ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, Sinqapurda əməkhaqqının şəffaf və rəqabətli strukturda qurulması korrupsiyanı minimuma endirib. Yaxud Honq-Konqda dövlət xidmətində əməkhaqqı siyasətinin dəyişdirilməsi ilə bağlı aparılmış araşdırmalar göstərib ki, dövlət qulluqçularının əməkhaqlarının cəmi 10% artırılması rəsmi korrupsiya şikayətlərinin təxminən 4% azalmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə məhkumluq hallarının isə 7-21% azalmasına səbəb olub. Estoniya və Gürcüstan kimi ölkələrdə də oxşar sadələşdirmələr dövlət idarəçiliyinin keyfiyyətini yüksəldib. Avropa Komissiyasının məlumatına əsasən, bir sıra Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sistemləri çoxsaylı və mürəkkəb əməkhaqqı strukturlarını sadələşdirmək, vəzifələrin təsnifatına əsaslanan vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə modernləşdirilib.
Nəhayət, dövlət qulluqçularının əməyinin ödənişini daha ədalətli və idarəolunan etmək məqsədi daşıyan son dəyişikliklər paketi əməkhaqqı strukturunu sadələşdirmək və şəffaflığı artırmaqla yanaşı, həm də gənc kadrların dövlət xidmətinə cəlbinə yeni stimul yaradacaq. Belə ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı əlavələrə görə aşağı olurdu. Təbii ki, bu, gənc kadrların dövlət qulluğuna deyil, özəl sektora axınına səbəb olurdu. İndi isə yüksək baza maaşı dövlət qulluğunu daha cəlbedici edəcək, dövlət qulluğu isə daha rəqabətli olacaq.
Bir sözlə, bu islahat dövlət qulluğunu sadəcə "iş yeri" deyil, peşəkar karyera platformasına çevirir. Şəffaflıq, ədalət və nəticəyönümlülük, korrupsiyaya qarşı maneə, insan resurslarının effektiv idarə edilməsi və ölkədə ümumilikdə idarəçilik keyfiyyətinin yüksəldilməsi baxımından yeni sistemin effektli olacağı şübhə doğurmur. / azxeber.com

İqtisadiyyat       Tarix: 21 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe zelzele valyuta