Bu şəxslərin kreditlərinin 50 faizi bağışlanacaq - MÜHÜM QƏRAR
Texniki peşə təhsil müəssisələrində oxuyanlara da kreditlərin verilməsi sosial və standart olmaqla iki qaydada aparılır. Sosial həssas qrupa daxil olan tələbələrələ yanaşı, kəsiri olmayan və orta göstəriciləri 71 faizdən yuxarı olan ödənişli təhsil alanlar yararlana bilirdilər. Elə bu şərtlər peşə təhsil müəsissələrinin tələbələrinə də şamil olunur.
azxeber.com ARB TV-yə istinadən xəbər verir ki, texniki peşə təhsili səviyyəsində isə 5 ballıq sistem olduğuna görə aralıq qiymətinin qiymətləndirmə balı 4 və 5 olan tələbə götürdüyü kreditə görə faiz hesablanmayacaq, əgər tələbə bütün təhsil dövründə normativ təhsil müddətində qiyməti 5 olacaqsa, o zaman götürdüyü kreditin 50 faizi ona bağışlanılacaq. Standar təhsil tələbə kreditində isə aralıq qiymətləndirmə balı 5 olacaqsa həmin tələbənin kreditinə faiz hesablanmayacaq, normativ təhsil müddətində 5 ili yəni əlaçı kimi bitirəcəksə o zaman həmin tələbənin götürdüyü kreditin 25 faizi ona bağışlanacaq.
Hazırda texniki peşə təhsili üzrə 6 minə yaxın tələbə ödənişli əsaslarla təhsil alır. Onların da avqustun 5-dən fonda müraciət etmək imkanı var. Kreditdən yararlanan tələbələr 2 illik güzəşt dövrü bitdikdən sonra 10 il ərzində bərabər hissələrlə qaytara bilərlər. Növbəti illərdə kreditin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Fondun nizamnamə kapitalı ilkin olaraq 80 milyon manat nəzərdə tutulmuşdu və həmin vəsait fondun hesabına köçürülmüşdü, daha sonra 22 milyon və 8 milyon olmaqla həmin məbləğ artırılmış və 110 milyona çatdırılmışdır. Yəni nə qədər tələbə müraciət etsələr onların müraciətlərin rəsmiləsinə, maliyələşdirilməsinə vəsaitimiz çatır. Gələcəkdə əlbəttə ki, həmin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı ilk peşə təhsili məsələsinə baxıla bilər. Sadəcə bildiyiniz kimi ödənişli təhsil alanlara bu şamil olunur. Əgər orda da ödənişli təhsil alan tələbələr varsa onlara da şamil olunması gözlənilir.
Təhsil Tələbə Kredit Fonduna iki il ərzində 26150 müraciət daxil olub, onlardan 19544 tələbə kreditdən yararlana bilib.

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR