Bu şəxslərin nəzərinə: bəzi xərclərin rəsmiləşdirilməsinə imkan yaradıldı

Bu şəxslərin nəzərinə: bəzi xərclərin rəsmiləşdirilməsinə imkan yaradıldıBu ildən biznes subyektləri nümayəndəlik, mənzil və yemək xərclərini norma daxilində gəlirlərindən çıxa biləcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd olunub ki, mövcud qanunvericiliyə görə, biznes subyektləri tərəfindən işçilərin mənzil, yemək və digər sosial xarakterli, eləcə də nümayəndəlik xərclərinin çəkilməsi gəlirdən çıxılan xərclərə aid edilmir və müasir biznesin ayrılmaz elementləri olan bu məsrəflər biznesin xalis mənfəəti hesabına maliyyələşdirilir.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə işəgötürənin işçilərlə bağlı çəkdiyi mənzil və yemək xərclərinin, habelə nümayəndəlik xərclərinin norma daxilində gəlirdən çıxılması müəyyən edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin "Nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası"nı müəyyən edən qərar layihəsi də hazırlanıb.
Dəyişiklik biznes subyektlərinin bu növ xərclərinin rəsmiləşdirilməsi ilə qarşı tərəflərin (mənzil kirayəyə verən şəxslərin, ictimai-iaşə müəssisələrinin və s.) dövriyyələrinin "ağarmasına", həmçinin formalaşmış biznes təcrübəsini milli qanunvericiliyə gətirməklə əlverişli mühitin yaradılmasına töhfə verəcək.

Sosial       Tarix: 05 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler maliyye xeberler bugun son xəbərlər bugün 2026 dunyada son xeberler