Bu sindroma qadınlar arasında daha çox rast gəlinir

Bu sindroma qadınlar arasında daha çox rast gəlinirYoğun bağırsağın funksional pozulması olan qıcıqlanmış bağırsaq sindromu zamanı qarında yaranan ağrı və xoşagəlməz hissiyyat defekasiya aktı, onun xarakter və tezliyinin dəyişməsi, yaxud bağırsaq boşalmasının pozulmalarının digər əlamətləri ilə təzahür edir. Xəstəlik zamanı mədə-bağırsaq traktında hər hansı bir üzvi dəyişiklik müşahidə olunmur.
Qıcıqlanmış bağırsaq sindromu həzm orqanlarının xəstəlikləri arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Xəstəliyin rastgəlmə tezliyi Avropa və Şimali Amerikanın inkişaf etmiş ölkələrində yaşlı əhali arasında 15-20 faiz təşkil edir. Qastroentereloqlara edilən müraciətlərin təqribən yarısı qıcıqlanmış bağırsaq sindromunun simptomları ilə əlaqəli olur. Eyni zamanda, qeyd etmək lazımdır ki, qıcıqlanmış bağırsaq sindromu olan xəstələrin üçdəbirindən azı həkimə müraciət edir, qalanları öz-özünü müalicəyə üstünlük verirlər. Xəstəlik daha çox 25-40 yaş arasında təzahür edir. Xəstəliyə kişilərə nisbətən qadınlar arasında daha tez-tez rast gəlinir.
Qıcıqlanmış bağırsaq sindromu Azərbaycanda da bağırsaq xəstəlikləri arasında ən çox rast gəlinən xəstəlikdir.
Milli.Az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Aftandil Verdiyev AZƏRTAC-a məlumat verib.
"Qıcıqlanmış bağırsaq sindromuna nazoloji forma kimi baxılmasına baxmayaraq, onun etiologiya və patofiziologiyası hələ tam öyrənilməyib. Xəstəliyin formalaşmasının patogenetik mexanizmləri arasında sensor-hərəki funksiyalara xüsusi diqqət yetirilir ki, bunun da əsasında visseral hiperhəssaslığın dəyişməsi durur.
İndiyə qədər qıcıqlanmış bağırsaq sindromu üçün hər hansı bir spesifik biokimyəvi, morfoloji, yaxud radioloji diaqnostik test yoxdur. Ona görə də diaqnoz birbaşa klinik simptomların dəyərləndirilməsinə əsaslanır.
Xəstəliyin klinikasında aparıcı əlamət ağrı sindromudur. Ona qıcıqlanmış bağırsaq sindromu olan xəstələrin 85-90 faizində rast gəlinir. Ağrılar küt, sızıldayıcı, kəskin, batıcı və tutmaşəkilli ola bilər. Daha çox rast gəlinən digər əlamətlərə meteorizm, qəbizlik, ishal və onların növbələşməsi aiddir. Qarında ağrıların və ishalın gecələr müşahidə olunmaması qıcıqlanmış bağırsaq sindromu üçün səciyyəvidir. Xəstəliyin diaqnostikasında aparılan laborator, yəni qanın, nəcisin analizi və instrumental müayinələr - kolonoskopiya, irriqoskopiya, ultrasəs müayinə mədə-bağırsaq traktının çoxsaylı üzvi xəstəliklərinin olub-olmamasını aşkarlamaq məqsədi daşıyır", - deyə mütəxəssis bildirib.
Həkim-terapevtin sözlərinə görə, qıcıqlanmış bağırsaq sindromu olan xəstələrin müalicəsi xəstələrin psixososial uyğunlaşması, fərdi pəhriz tənzimlənməsi və qarında ağrı, qəbizlik, ishal kimi bağırsaq sindromlarının, həmçinin əqli və vegetativ pozulmaların aradan qaldırılmasına istiqamətlənmiş dərman müalicəsinin seçimini və digər ümumi tədbirləri əhatə edir: "Qıcıqlanmış bağırsaq sindromu xroniki residivləşən xəstəlik olub, çox vaxt psixoemosional stress nəticəsində kəskinləşir. Müalicə yalnız 30 faiz hallarda effektiv olur, 10 faiz hallarda isə davamlı remissiya alınır. Qıcıqlanmış bağırsaq sindromu olan bütün xəstələrdə həyatla bağlı proqnoz olduqca əlverişlidir. Hətta uzun müddət aparılan müalicə fonunda üzvi xəstəliklərin yaranma riski artmır".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 21 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler