Bu tarixdən "Buta Airways"in Kiyev istiqamətindəki reysləri "Borispol" hava limanına həyata keçiriləcək
Bu tarixdən "Buta Airways"in Kiyev istiqamətindəki reysləri "Borispol" hava limanına həyata keçiriləcək
2020-ci il yanvarın 22-dən etibarən Azərbaycanın aşağıbüdcəli aviaşirkəti "Buta Airways" Kiyev istiqamətindəki reyslərini "Borispol" beynəlxalq hava limanına yerinə yetirəcək (IATA: KBP). Qeyd edək ki, daha öncə reyslər "Julyanı" aeroportuna həyata keçirilirdi.
27 martadək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində "Buta Airways"in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.
"Borispol" beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 km cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri "Borispol" aeroportuna həyata keçirir, bu da öz növbəsində "Buta Airways"in sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.
Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.
Bütün yenilikləri və xəbərləri "Buta Airways"in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:
- facebook.com/ButaAirways
- instagram.com/ButaAirways
- twitter.com/ButaAirways
- t.me/Buta_Airways
"Buta Airways" Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib.
Aviaşirkətinin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var