Bu tarixdən siqaret kəskin BAHALAŞACAQ

Bu tarixdən siqaret kəskin BAHALAŞACAQDaxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağın gözlənilmir. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.
azxeber.com xəbər verir ki, Millət vəkili Müşfiq Cəfərov Bakupost.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyət tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq:
"Heç kim proqnoz verə bilmir ki, müharibə nə zaman dayanacaq. Bütün ölkələrdə olduğu kimi bizdə də tütünlə bağlı tədarük azalır. Böyük ehtimalla biz başqa tütün istehsal edən ölkələrə müraciət edəcəyik. Məsafədan asılı olaraq daşınma xərcləri çox olduğu üçün qiymət fərqliliyi, yəni bahalaşma ola bilər. Ümumiyyətlə satışda tütün məhsulu tapmamaq ehtimalı da gündəmdədir. Mövcud vəziyyətdə bütün bunlar tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq.
Düşünürəm ki, digər məhsullarda olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi daxili bazarın tələbatını ödəmək məqsədilə tütün məhsullarının əkilməsi ilə məşğul olan fermərlərə müəyyən imkanlar yaratmalıdırlar. Əlbəttə, siqaret elə bir zərərli vərdişdir ki, insanlar bunu tərgitmək üçün çalışsalar, daha yaxşı olar. Həm maddiyyat, həm də insan sağlamlığına ziyandır. Bu baxımdan tütünə olan tələbatımızı da azaltmaq daha faydalıdır. Məlumdur ki, bunu birdən etmək mümkün deyil. Amma istənilən halda bahalaşma olan məqamlarda tütündən uzaq durmaq daha məqsədəuyğundur".

Sosial       Tarix: 21 may 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri