"Bu xəbər turizmçiləri sevindirir"

"Bu xəbər turizmçiləri sevindirir""Bildiyiniz kimi turizm sahəsi en çox zərər çəkmiş sahələrdən biridir. Hazırda bu sahə 100% dayanıb və pandemiya bitənə qədər gözləmə mərhələsində olacaq". 
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü və Ekspertlər Şurasının rəhbəri Göydəniz Qəhrəmanov Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransı şərh edərkən deyib.
"Bu xəbər turizmçiləri sevindirir"O bildirib ki, kadr potensialını qorumaq üçün dövlət tərəfindən işçilərin maaşları, birdəfəlik maddi yardım, vergi güzəştləri verilib və pandemiya bitənə qədər dövlət bu sahəyə kömək edəcək:
"Cənab Prezident Ümümdunya Turizm Təşkilatının Baş katibiylə videokonfrans zamanı qeyd etdi ki, turizm sahəsi böyük zərər çəkən sahələrdən biridir və dövlət tərəfindən bu sahəyə dəstək verilir. Kadr potensialını qorumaq üçün dövlət tərəfindən işçilərin maaşları, birdəfəlik maddi yardım, vergi güzəştləri verilib və pandemiya bitənə qədər dövlət bu sahəyə kömək edəcək. Bu xəbər turizmçiləri sevindirir və gələcəyə ümüdlərini gücləndirir. Kadr potensialını qorumag bizim sektorda çox vacibdir, çünki bir işçini bu işə öyrətmək üçün ən azı 6 ay vaxt tələb olunur. Sistemlərin öyrənilməsi, marketinq kursları, satış təcrübəsi, bu da şirkət üçün vaxt və maddi xərclər deməkdir. Bu səbəbdən kadr potensialının qorunub saxlanılması çox vacibdi. Çünki postpandemiyada kadr qıtlığı ilə üzləşmə ehtimalı çoxdur. Bu da o deməkdir ki, bu sahədə servis (xidmət) aşağı səviyyəyə düşə bilər və nəticədə turistlərin narazılığı və keyfiyyətin aşağıya düşməsinə gətirə bilər. Qeyd edim ki, Azərbaycanda turizm sahəsi neft sektorundan sonra 2-ci yerdə olan sahədir ki, Respublikaya valyuta gətirir. 2019-cu ildə turizmlə təxmini 2 milyard dollar ölkəmizə pul daxil olub".
"Bu xəbər turizmçiləri sevindirir"Ekspert qeyd edib ki, ildən-ilə turizm sektoru ölkəmizdə müsbət dinamika ilə irəliləyirdi, beynəlxalq turizm sərgilərində Azərbaycan iştrak edərək öz turizm potensialını dünyaya nümayiş etdirirdi ki, pandemiya işləri zəiflətdi:
"Bu sahədə on minlərlə insan çalışır və get-gedə bu sahə genişlənir. Ümümiyyətlə Turizm özündə onlarla sahələri birləşdirir. Nəqliyat, otel, hava yolları, kafe, restoran, bələdçi və bir çox sahələr burada çalışır və inkişaf edir. İldən-ilə bu sahə ölkəmizdə müsbət dinamika ilə irəliləyirdi. Şəhərlərimiz gözəlləşir, yeni turizm marşrutları açılır, otellər tikilir, əyləncə mərkəzləri açılır. Beynəlxalq tədbirlər Azərbaycanda keçirilirdi. Evrovision, Formula 1, Avropa Oyunları, İslam Həmrəyliy Oyunları və s. tədbirlər məhz ölkəmizdə keçirilirdi. Reklam və marketinq işlərinə mühüm yer ayrılırdı. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə beynəlxalq turizm sərgilərində Azərbaycan iştrak edərək öz turizm potensialını dünyaya nümayiş etdirirdi. Bu da turistlərin sayını artırır, bizi dünyada artıq maraqlı turizm marşrutu kimi tanımağa başlayırdılar. Təəssüflər olsun ki, pandemiya işləri zəiflətdi, yeni hədəflərimizi dondurdu. Virusa yoluxma riskləri yüksək olduğu üçün dövlətlərarası sərhədlər bağlandı və nəticədə səyahət edən yoxdur. Otellər bağlı, təyyarələr uçmur, kafe-restoranlar, əyləncə mərkəzləri işləmir. Fikrimcə bu hələ bir müddət davam edəcək və ilk öncə daxili turizmin açılması gözlənilir. Daha sonra getmə və gəlmə turizm sektorunda yenidən dirçəlmə müşahidə edilə bilər".
Təhməz Təkin
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar valyuta mezennesi hava kriminal xeber