Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİ

Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİBu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİ
Azərbaycanda bu il icbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər üçün "İcbari Tibbi Sığorta üzrə məlumatlılığın artırılması" mövzusunda keçirilən tədbirdə çıxış edən Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov məlumat verib.
Ş.Eyvazovun sözlərinə görə, icbari tibbi sığorta sisteminə cari ildə daxil olmayan xidmətlər psixi davranış pozuntularının müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir:
"Bu xidmətlərin bu il icbari tibbi sığorta sisteminə daxil olması gözlənilmir. Agentlik çevik mexanizm üzərində çalışır. Qarşıdakı illərdə bu xidmətlər də təminata alına bilər. Bunlar əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir".
E.Eyvazov onu da əlavə edib ki, cari ilin yanvar ayının 1-dən ölkə üzrə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq:
"Ən sonda Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanılacaq. Bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsinin 100 faizə çatdırılması proqnozlaşdırılır".
Şöbə müdiri onu da qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb:
"Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq. Yəni minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq".
Könül Cəfərli  /oxu.az

Sosial       Tarix: 14 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele xəbər sonxəbərlər siyaseti xeberler bugun