Büdcədə 3 milyard kəsir necə bağlanacaq?

Büdcədə 3 milyard kəsir necə bağlanacaq?2025-ci ilin dövlət büdcəsinin gəlirləri 36 milyard 636 milyon manat olacaq. Bu da 2024-cü ildə təsdiq olunmuş göstərici ilə müqayisədə 228 milyon manat çoxdur. Yəni əvvəlki illə müqayisədə gəlirlər 0,6 faiz artacaq. 2023-cü ilin faktiki gəlirləri ilə müqayisədə isə 3,6 faiz artım var.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov 2025-ci il üçün proqnozlaşdırılan büdcəni şərh edərkən deyib.
O, büdcə gəlirlərində qeyri-neft sektorunun payının artmasına diqqət çəkib:
"2025-ci ildə büdcə gəlirlərinin 54 faizi, 19 milyard 543 milyon manat vəsait qeyri-neft və qaz sektorunun payına düşəcək. Bu da qeyri-neft sektorunun büdcədə payının 2024-cü illə müqayisədə artması anlamına gəlir. Bu, pozitiv məqamdır. Çünki büdcə gəlirlərində qeyri-neft sektorunun gəlirlərinin artırılması əsas prioritetlərdəndir.
2025-ci ilin büdcəsinin xərcləri isə 39 milyon 667 milyon manat olacaq. Nəzərə almaq lazımdır ki, büdcə xərclərinin 63 faizi cari xərclərə yönləndiriləcək. Burada diqqət çəkən məqamlardan biri sosial müdafiə və sosial təminat xərclərinin 5 milyard manata yaxın proqnozlaşdırılması, 2024-cü il ilə müqayisədə 14 faiz artımın nəzərdə tutulmasıdır. 2025-ci ildə sosial istiqamətə daha çox vəsaitin ayrılması anlamına gəlir".
Büdcə kəsrinin 2025-ci ildə 3 milyard 51 milyon manat nəzərdə tutulduğunu xatırladan iqtisadçı bildirib ki, bu rəqəmin dəyişməməsinin səbəbi kəsirin daxili borclanma hesabına ödənilməsidir:
"Yəni istiqrazların, eləcə də qiymətli kağızların dövriyyəyə buraxılması nəticəsində büdcə kəsirinin bağlanması həyata keçirilir. Bu da təbii ki, bir tərəfdən istiqrazların milli valyuta ilə olmasına, digər tərəfdən onun ödənilməsinin mərhələli həyata keçirildiyinə görə dövlət büdcəsi, bütövlükdə iqtisadiyyat üçün xüsusi bir yük yaratmır. Ümumiyyətlə daxili borclanma xarici borclanma ilə müqayisədə məqbul hesab olunur və büdcə kəsirinin örtülməsi də daha çox daxili borclanma hesabına həyata keçirildiyi üçün məbləğdə dəyişikliklər baş verməyib".

Sosial       Tarix: 20 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler son xeberler bugun 2026 canli son xeberler bugun 2026 azerbaycan sou xeberler bugun