Büdcədən xərclənən vəsait AÇIQLANDI

Büdcədən xərclənən vəsait AÇIQLANDI2021-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumat verilib.
Maliyyə Nazirliyindən Azxeber.com-a verilən məlumata əsasən, 2021-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18 milyard 947,9 milyon manat təşkil etməklə, 17 milyard 711,9 milyon manat xərclərindən 1 milyard 236 milyon manat artıq olub.
Dövlət büdcəsinin gəlirləri 18 milyard 818,5 milyon manat proqnoza qarşı 17 milyard 871,6 milyon manat və ya 95 faiz icra olunub.
2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19 milyard 657,5 milyon manat proqnoza qarşı 17 milyard 711,9 milyon manat və ya 90,1 faiz icra edilib.
Dövlət büdcəsi xərclərinin 11 milyard 476,4 milyon manatı və ya 64,8 faizi cari xərclərə, 4 milyard 722 milyon manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1 milyard 513,5 milyon manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 21,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 531,5 milyon manat və ya 31,6 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 19 milyard 458,3 milyon manat məbləğində icra olunub.
2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 milyon manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, ilin doqquz ayında faktiki olaraq 3 milyard 563,1 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

İqtisadiyyat       Tarix: 21 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda xeber.az 2026 hava proqnozu son xeber az