Buğda idxalının artması çörəyin qiymətinə necə təsir göstərəcək? - VACİB AÇIQLAMA

Buğda idxalının artması çörəyin qiymətinə necə təsir göstərəcək? - VACİB AÇIQLAMA"Buğda idxalının artması çörəyin qiymətinə uzunmüddətli perspektivdə təsir göstərə bilər. Bu təsiri bir neçə istiqamətdə izah etmək mümkündür. Dünya bazarında buğda qiymətləri iqlim dəyişiklikləri, müharibələr (məsələn, Rusiya–Ukrayna müharibəsi), logistika problemləri və qlobal tələbin artması səbəbindən tez-tez dəyişir. İdxaldan asılılıq artdıqca çörəyin qiyməti də həmin dalğalanmalara həssas olur".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:
Buğda idxalının artması çörəyin qiymətinə necə təsir göstərəcək? - VACİB AÇIQLAMA"İdxal dollar və ya digər valyutalarla həyata keçirilir. Manatın məzənnəsində dəyişiklik olarsa, buğdanın maya dəyəri artır və bu, çörəyin qiymətinə ötürülür.
Əgər yerli istehsal zəif qalırsa, idxal bu boşluğu doldurur, amma uzunmüddətli perspektivdə bu, fermerlərin marağını azaldır. Bu da yerli istehsalın azalmasına, idxaldan asılılığın daha da güclənməsinə gətirib çıxarır və qiymət sabitliyi risk altına düşür.
Hazırda dövlət un və çörək bazarını subsidiyalar, güzəştli kreditlər, ehtiyat buğda fondu vasitəsilə tənzimləyir. Amma subsidiyalar azalarsa və ya idxal qiymətləri uzun müddət yüksək qalarsa, çörəyin qiymətinin qalxması qaçılmaz olar".
Ekspert qeyd edir ki, uzunmüddətli dövrdə buğda idxalının artması çörəyin qiymətini daha çox xarici amillərə bağlı edir.
"Azərbaycan üzrə son illərdə (əsasən 2023–2024) buğda idxalı və çörək qiymətləri haqda statistikaya nəzər yetirək görərik ki, 2024-cü ildə, Azərbaycan təxminən 1 292 000 ton buğda idxal edib, bu da 2023-cü illə müqayisədə 9.9% artım deməkdir.
İdxal üzrə xərclər 279.6 milyon ABŞ dolları təşkil edib və bu, öncəki 2023-cü ilə nisbətən 8-7.9% azadır.
Lakin yalnız 2025-ci ilin yanvar ay ərzində 86 654 ton buğda idxal olunub. Bu da miqdar baxımından 23.5%, qiymət baxımından isə 14.8% artım deməkdir .
2024-cü ildə idxalın böyük bir hissəsi Rusiya (90.2%), həmçinin Qazaxıstandan olub".
A.Nəsirli əlavə edib ki, yerli istehsal (özünü təminetmə) səviyyəsi təxminən 58%-ə yüksəlib ki, bu da əvvəlki dövrlə (30%) müqayisədə xeyli irəliləyiş deməkdir.
Buğda idxalı həcmində artım müşahidə olunur, lakin idxal xərcləri düşüb. Bu, qiymət sabitliyi baxımından müsbət siqnaldır, ancaq idxaldan asılılıq hələ də yüksəkdir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 18 avqust 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

Daşınmaz əmlak bazarında mövsümi canlanma müşahidə olunur. Xüsusilə kirayə mənzil və bağ evi seqmentində tələb dəyişdiyi üçün qiymətlərdə və bazar aktivliyində müəyyən dalğalanmalar baş verir. Bununla yanaşı, mənzil alqı-satqıs

Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama

Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqla

Rüfət Əhmədzadə vəfat etdi

Jurnalist, şair və tərcüməçi Rüfət Əhmədzadə vəfat edib. xəbər verir ki, onun vəfatı ilə bağlı məlumatı tanınmış jurnalist Rəbiyyə Zərdabi paylaşıb. . Qeyd edək ki, Rüfət Əhmədzadə uzun illər jurnalistika və ədəbi yaradıcılı

Neft bahalaşdı: Brent 96 dolları keçdi

Dünya bazarında neftin qiyməti yüksəlişini davam etdirərək 96 dollar həddini keçib. KONKRET.azxəbər verir ki, Londonun "ICE" birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2,08 ABŞ dolları (2,21%

Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?

Məhərrəm ayında qızıl bazarında alıcı sayının azalmasına baxmayaraq, qiymətlərdə nəzərəçarpacaq ucuzlaşma müşahidə edilmir. Bəs tələb aşağı düşdüyü halda qızıl niyə kəskin şəkildə ucuzlaşmır?. Mövzu ilə bağlı -a danışan iqtisadçı-eksper

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanuna edilə

Bu günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 23-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, AMB-dən verilən məlumata görə, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsind

Cəlilabadda avtomobil uşağı vurdu

Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsind

Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: "Milli mətbəxin axırına çıxırlar

Sosial şəbəkələrdə menyularda "xoruz dəyməyən toyuq", "dəcəl quzu" və "cavan quzu" kimi qeyri-adi adlarla təqdim olunan yeməklər geniş müzakirələrə səbəb olub. Yumor məqsədilə seçildiyi görünə


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun ən son xəbər cəbhədən video cəbhədən görüntülər