Buna DTX icazə verəcək - Qərar
Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi və bu aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydası təsdiq olunub.
KONKRET.azxəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra – fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir.
Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir.
Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra 7 iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydada qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:
– Vergi və rüsumlar;
– Sığorta ödənişləri (həyatın yığım sığortası istisna
olmaqla);
– Kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri,
mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);
– Maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;
– Qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;
– Peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;
– Dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.
Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydada qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır.
Dondurulmuş aktivlərdən istifadəyə dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"