"Bundan sonra yerli istehsalçılar dünya bazarında rəqabətə qoşula bilər" – Ekspertdən açıqlama

Bu ilin sonuna qədər Azərbaycanda ticarət və informasiya portalı madeinazerbaijan.gov.az istifadəyə veriləcək. Məlumata görə, elektron platforma vasitəsilə ixracatçılara daha yüksək səviyyəli və keyfiyyətli xidmətlər göstəriləcək.
Bəs platformanın effektivliyi barədə iqtisadçılar nə düşünür?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Elşad Məmmədov bildirib ki, yerli istehsalçılar xarici bazarda rəqabətə başlaya bilər:
"Sözsüz ki, Azərbaycanda ticarət və informasiya portalının istifadəyə verilməsi xarici ticarətin şaxələndirilməsinə və inkişafına xidmət etməlidir. Nəzərə almaq lazımdır ki, xüsusilə ixracatda qeyri-neft, qeyri-xammal sektorunun payının artması aktualdır. Bununla yanaşı, bu tip elektron platformaların effektivliyi o şəraitdə lazımi səviyyədə ola bilər ki, ölkə istehsalçılarının ixrac üçün lazım olan həcmdə və keyfiyyətdə məhsulları və imkanı olsun.  Yalnız bu halda yerli istehsalçıların xarici bazarlarda rəqabətlə üzləşəcəyinin şahidi ola bilərik".
Ekspertin sözlərinə görə, bu məqsədlə müəyyən güzəştlər həyata keçirilməlidir:
"Bunun üçün isə ilk növbədə pul, kredit siyasətinin yumşaldılması, investisiyaların artırılması məsələləri prioritet təşkil etməlidir. Vergi güzəştləri və gömrük yumşalmalarına ehtiyac var ki, bütün bu proseslər sistemli şəkildə həyata keçirilərsə, ölkənin ixracatında ciddi dəyişikliklərə nail olmaq mümkündür. Ona görə də portalın istifadə edilməsini müsbət dəyərləndirmək olar. Amma bir çox məsələlər üzrə tədbirlər görülməli və regional iqtisadi əməkdaşlıq dərinləşməlidir".
Fatimə Lətif,
KONKRET.az

Sosial       Tarix: 24 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler bu gun butun xeberler valyuta mezennesi banklar bu gunun xeberleri