Buraxılmış dərslər necə kompensasiya ediləcək? - Kamran Əsədovdan aktual suallara CAVAB
Buraxılmış dərslər necə kompensasiya ediləcək? - Kamran Əsədovdan aktual suallara CAVAB
Ölkədə korornavirusa yoluxma hallarının artması və hərbi vəziyyəti nəzərə alsaq yaxın aylarda dərslərin ənənəvi formada yenidən başlayacağını gözləməyə dəyməz.
Media.Az-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə hazırda təhsil sistemi buraxılmış və keçirilməmiş dərslərin kompensasiyası, həmçinin 2021-ci ilə planlaşdırılan qəbul və buraxılış imtahanlarının aparılması problemi ilə üzləşib:
"2020-ci il buraxılış və qəbul imtahanları testlərində martın 3-dək şagirdlərə öyrədilən mövzulardan istifadə olunduğunu nəzərə alsaq, 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarda ciddi problemlər ola bilər. Buna görə bu gün ən vacib məqam buraxılmış dərslərin kompensasiya edilməsidir".
Onun sözlərinə görə, yaxınlaşan tətillər, məsələn Yeni il və ya Novruz bayramları ilə əlaqədar buraxılmış dərsləri kompensasiya etmək olar, ancaq bu da kifayət etməyəcək.
"Buna görə yüksək keyfiyyətli distant təhsil təşkil etmək lazımdır. İndi "Microsoft", "Zoom", "Skype" kimi proqramlar sayəsində bu mümkündür".
Kamran Əsədov bununla belə vurğuladı ki, fövqəladə və ya hərbi vəziyyət kimi hallarda təhsil prosesinin davamlılığını təmin etmək üçün Təhsil Nazirliyi əvvəlcədən fəaliyyət platforması hazırlamalı idi. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR