Bürclər bu günə nə deyir ?

Bürclər bu günə nə deyir ?azxeber.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 
Qoç - günün ilk yarısından ailə işləri və məişət qayğıları prioritet kəsb edəcək. Daşınmaz əmlak və mülkiyyətlə bağlı çətinlikləri hövsələsiz şəkildə çözməyə çalışmayın. Dəyər verdiyiniz insanlarla təmaslarınızda nə qədər səmimi olsanız, məqsədə bir o qədər tez çata bilərsiniz.
Günün ikinci yarısında cari proseslərdən kənarda qalmağa can atmayın. Köhnə layihələrdən birini yarımçıqlıq durumundan xilas edin. Yaşam və ya fəaliyyət arealında nizam yaradın.
Axşam saatlarında normal istirahət edin.
Buğa - maraqlı ideyalar, möhtəşəm ideyalar ortaya çıxacaq və bunları tezliklə həyata keçirə biləcəksiniz. Şərait heç də həmişə siz istədiyiniz kimi alınmır, ancaq qarşınıza qoyduğunuz məqsədlərə çatmağınıza da mane olmur. Pul ala bilərsiniz, maliyyə məsələləri sizin xeyrinizə həll olunacaq.
İntellektual işlərlə, mürəkkəb məsələlərlə məşğul ola bilərsiniz. Gün, həmçinin təhsil, imtahan vermək, elm adamları ilə təmaslar üçün münasibdir. Xırda səfərlər maraqlı və xoş, uzunmüddətlilər isə yorucu və bəhrəsiz olacaq.
Əkizlər - səhər saatlarından etibarən aktiv işləmək məcburiyyətindəsiniz. İşlər, məişət qayğıları çoxdur. Maliyyə məsələlərinin çözümündə aktiv olun. Başqalarının yardımlarına bel bağlamayın. Müstəqil davranın.
Günün ikinci yarısında işgüzar təmaslar və əlaqələr karyerınızda irəliləyişə təkan verəcək. Əlavə gəlir mənbəyi üçün yaxşı imkan yaranıb.
Axşam saatlarını ailənizlə birgə istirahətdə keçirin.
Xərçəng - ciddi problemləriniz yarana bilər, elə bilməyin ki, işdə yaranan çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz. Adi vəzifələrinizi yerinə yetirmək bu gün ağırdır. Qadınlarla dil tapmaq xüsusilə çətindir, emosiyalarınıza nəzarət etməsəniz, münaqişədən qaçmaq mümkün olmayacaq. İri sövdələşmələr bağlamaq məsləhət görülmür.
İşgüzar aktivliyinizi azaldın. Dincəlin, yaxınlarınızla vaxt keçirin. Axşam evdə oturun, ziyafətə getməyin. Sevgililər arasında ciddi fikir ayrılığı yarana bilər.
Şir - əvvəlcədən hazırladığınız plana riayət edin. Müstəqil çalışsanız, kənardan təsirlərə aldanmasanız, işləriniz daha yaxşı olacaq. Önəmli məsələləri privat şəkildə, tet-a-tet müzakirə edin.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Səyahət, ezamiyyət zərurəti istisna deyil.
Kommersiya və ya bizneslə məşğul olursunuzsa, fəaliyyət çevrənizi genişləndirin. Müştərilərin sayı çox, ticarət və xidmətlər daha geniş çeşiddə olmalıdır.
Axşam saatlarında dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.
Qız - günün emosional fonu yaxşı deyil. Siz vurnuxur, səbəb olmadan tez-tez qərarlarınızı dəyişirsiniz. Mənasız və gərəksiz yerə əsəbləşir, başqa vaxt əhəmiyyət verməyəcəyiniz hadisələri ürəyinizə salırsınız. Təhsildə problemləriniz yarana bilər.
Kömək üçün yaxın adamınıza müraciət edin, indi sizin dəstəyə ehtiyacınız var. Qəlbinizi sevindirmək üçün xırda-para əşyalar ala bilərsiniz, amma çox pul xərcləməyin. Təklikdə səfərlərə çıxmayın. Dostlarla isə lap dünyanın o biri başına da gedə bilərsiniz.
Tərəzi - günün ilk yarısından etibarən cari məsələlərin həlli ilə məşğul olun. Rutin məqamlar sizi usandırmamalı, yoldan döndərməməlidir. Enerji və qüvvənizi ikinci dərəcəli məsələlərə sərf etməyin. Bütün diqqəti əsas işə yönəldin.
Günün ikinci yarısında emosional olmayın, əsəbi davranmayın. Qarşı tərəfin fikirlərini və mövqeyini nəzərə alın. Həmkarlarla, işgüzar tərəfdaşlarla münasibətlərin gərginləşməsi istisna deyil.
Axşam saatlarını ailəyə sərf edin.
Əqrəb - günün ilk yarısından etibarən maraqlı, hadisələrlə zəngin gün olacaq. Ötənlərin təcrübəsi karınıza gələcək. Peşəkar bacarıqlarınızdan və yaradıcı potensialınızdan istifadə edin.
Günün ikinci yarısında məlumat və informasiyaları artırın. Əlavə biliklər əldə edin. Bacarıqlarınızı, təcrübənizi reklam da edə bilərsiniz. Real və ucuz iş görənlərə tələbat artacaq.
Şəxsi münasibətlərdə mənasız, əsassız qısqanclığa qapılmayın.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - Məhsuldar gündür, istənilən problemin həllinə həvəslə girişirsiniz. Bunların arasında əvvəl həllolunmaz hesab etdikləriniz də var. Özünüzə çox güvənirsiniz, amma məntiqi düşüncəniz də bu gün "axsamır". İşdə uğurlar gözlənilir, biznesinizi genişləndirə bilərsiniz.
İdmanla, fiziki işlə məşğul olmaq, açıq havada aktiv istirahət məsləhətdir. Uzunmüddətli planlar qura bilərsiniz. Bunu həm təkbaşına, həm də yaxınlarınızla edə bilərsiniz. Nüfuzlu şəxslərlə, dövlət idarələrinin işçilərilə görüşlər yaxşı keçəcək.
Oğlaq - məhdudiyyət və yasaqların gücünü hiss edəcəksiniz. İstəklərinizlə arzularınız sizi illüziyalar aləminə aparmamalıdır. Situasiyaya uyğunlaşın, şəraiti real dəyərləndirin. Həmkarlarınız və şəriklərinizin davranışlarına fikir verin. 
Günün ikinci yarısında bəzi motivlərdəki anlaşılmazlıq sizdə tərəddüd yarada bilər. Gərgin anlarda soyuqqanlı olun. Axşam saatlarında şəxsi münasibətlərdə zəruri kompromisi tapın. Emosiyalarınıza nəzarət edin.
Dolça - günün ilk yarısında problemlərin və maneələrin sayı artacaq. Fəaliyyət planını müstəqil təyin edin. Çətinliklərin həllində yaralıcı təxəyyülü işə salın. Rutin məsələlərin çözülməsindən yayınmayın.
Günün ikinci yarısında hədəfləri və ya məqsədləri təftiş etmək olar. Prosedurlar arasında ən effektivini, realını seçin. Yaxınlarınız və qohumlarınızla münasibətlərdə qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək.
Sayğılı, qayğıkeş olun.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bir qədər də iradəli və qətiyyətli olun. Karyeranızda önəmli rol oynayan insanla münasibətləri kəskinləşdirməyin. Soyuqqanlı davranın.
Günün ikinci yarısında diqqətsizlik kə ehtiyatsızlıq ciddi səhvlərə səbəb olmamalıdır. İntuisiyanıza güvənin. Təhtəlşüur sizə ən çətin situasiyalarda çıxış yolunu göstərəcək.
Sevdiyiniz insanla təmasları axşam saatlarında aktivləşdirin. Birgə gəzintiyə və ya əyləncəyə yollanmaq olar.

Sosial     Baxılıb: 463   Tarix: 16 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir

Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə xəbər istinadən verir

Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi

ABŞ-ın İranın nüvə obyektlərinə mümkün zərbələri qlobal maliyyə bazarlarında gərginliyi artırıb. Bildirilir ki, belə vəziyyətlərdə investorlar riskli aktivlərdən uzaqlaşıb dollara yönəlir. Bu isə valyutanın möhkəmlənəcəy

Qax icra başçısı ilə birgə saxlanılan vəzifəlilərdən bəzilərinin ADLARI

Qax Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin bəzilərinin adları məlum olub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev

AHİK İT sistemlərini "Hökumət buludu"na köçürüb

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəl

Bu marşrut üzrə qatarların qrafiki dəyişir

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC 21 iyun qeyri-iş günü və 27 iyun iş gününün yerdəyişməsi ilə əlaqədar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edir. Bu barədə -a ADY-dən məluma

Bakıda ata gizli telefon işlədən qızını öldürdü

Bakıda ata doğma qızını döyə-döyə öldürüb. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Yelmar Atakişiyev həbsdə olduğu müddətdə qızı Cəmalə Atakişiyevanı

Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA

İyunun 22-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, Zaqatala, Qax (Sarıbaş)

ASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərinə, BRSM Konfrans zalında Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsi çərçivəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler qarabag qurban bayrami 2025 xeberler bu gun