Bursada Milli Qəhrəman Şirin Mirzəyev adına park açıldı - FOTO

Bursada Milli Qəhrəman Şirin Mirzəyev adına park açıldı - FOTOTürkiyənin Bursa vilayətində Azərbaycan günləri keçirilir.
Publika.az xəbər verir ki, "Bir millət, iki dövlət" şüarı altında keçirilən layihə Bursada fəaliyyət göstərən "GİM AZDER" Dərnəyinin təşəbbüsü, Bursa Böyükşəhər, Karacabey bələdiyyələrinin, İğdır Mədəniyyət, Sosial və Həmrəylik, İstanbul Azərbaycan Dostluq, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik, eləcə də "GİM ULSİAD" dərnəklərinin təşkilatı dəstəyi ilə baş tutub.
Azərbaycan günləri çərçivəsində Bursanın Karacabey rayonunda Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adına parkın açılışı olub.
Açılış mərasimində Milli Qəhrəmanın ailə üzvləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Bursa və Karacabey bələdiyyələrinin nümayəndələri, buradakı ictimai birliklərin üzvləri və digərləri iştirak ediblər.
Mehtər qrupunun qəhrəmanlıq mahnılarını ifa etməsi, Azərbaycanın vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə başlayan tədbirdə Karacabəy bələdiyyəsinin sədri Əli Özkan, Şirin Mirzəyevin xanımı Flora Qasımova, "Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə" dərnəyinin sədri Hüseyn Vəliyev çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbəyə gedən yolda Milli qəhrəmanların böyük rolu olduğunu, bu Zəfərə gedən yolun təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən atıldığını bildiriblər. Qazanılan bu Qələbədə qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olması vurğulanıb. Bursada Azərbaycanın Milli qəhrəmanları Polad Həşimovun və Şirin Mirzəyevin adını daşıyan parkların açılması Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi adlandırılıb, Azərbaycanın digər qəhrəmanlarının da adına parkların salınması prosesinin davam edəcəyi diqqətə çatdırılıb.
Şirin Mirzəyevin xanımı Flora Qasımova və Hüseyn Vəliyev Milli Qəhrəmanın adının Türkiyədə əbədiləşdirilməsinə görə Karacabəy bələdiyyəsinə xüsusi minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Əli Özkan Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin iki qardaş ölkəyə həsr etdiyi şeirini, Hüseyn Vəliyev isə şəhidlərimizə həsr etdiyi şeirlərini oxuyublar.
Milli Qəhrəmanın ailəsi adından Şuşa şəhərindəki Natəvan bulağının şəkli Karacabəy bələdiyyəsinə, Azərbaycanın Qələbəsini əks etdirən xatirə hədiyyələri Bursa Böyükşəhər bələdiyyəsinə təqdim olunub.
Tədbir "Zəfər marşı"nın səsləndirilməsi ilə başa çatıb.

Dünya       Tarix: 22 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun krminal bu gun en son xeber az xeber