Burun tutulmaları

Burun tutulmalarıBurun tutulması hər birinin həyatını məhv edə biləcək bir vəziyyətdir. Uzunmüddətli burun tutulması baş ağrılarına, gecə xorultusuna, yuxusuzluğa, arterial təzyiqin dəyişikliklərinə, frontitə, sinusitə, həmçinin apnoeyə (gecə tənəffüsünün dayanması) gətirib çıxara bilər. Eyni zamanda bir sıra hallarda infarktların, insultların və erkən ölümün səbəbi olur. Bu fonda maddələr mübadiləsi pozulur, yağların toplanması nəticəsində çəki artıqlığı meydana gəlir. Burun tutlmasından ən çox körpələr və uşaqlar əziyyət çəkir. Belə ki, 6 ayından 2-2.5 yaşınadək uşaqlarda süd dişlərinin çıxması burun tənəffüsünün təbii olaraq çətinliyinə gətirib çıxarır. Onlara əmzikdən istifadə və ya döşü əmmək çətin olur, çıxara bilmədikləri selik isə qırtlaq və udlaqda toplanaraq öskürək, qaytarma, tez-tez isə orta otitə (orta qulağın iltihabı) və prosesin bronxlara da yayılmasına səbəb olur. Burun tutulmasını allergik rinitdən fərqləndirmək lazımdır. Sonuncu insanın allergenlərin yüksək konsentrasiyası toplanan sahəyə düşdükdə əmələ gəlir. Digər hallarda isə burun tutulmalarının səbəbi burun-udlaqda olan patoloji proseslərdir. Tez-tez bu halları bakterial və virus infeksiyaları (KRVİ, qrip, qızılca, angina, difteriya, skarlatina) provokasiya edir.
Xroniki burun tutulmalarının isə başqa səbəbləri var. Bu birincili olaraq burun çəpərinin əyilməsidir. İkinci ən əsas səbəb isə anadangəlmə burun balıqqulaqlarının zəif tonusudur ki, bu halda qan onlara çox aktiv şəkildə axır, ödem yaradır.
Uşaqlarda burun tutulmalarının ən yaxşı profilaktikası temperatur və nəmliyin stabil saxlanılmasıdır. Otaq temperaturu 18-23°С-dən yüksək olmamalıdır. İstənilən halda burun tutulmalarının meydana gəlməsi həkimə müraciət və müalicənin başlanması üçün əsas səbəbdir. Xəstəliyi özbaşına buraxmaq olmaz. Həkim tərəfindən təyin olunan ilk prosedur - burun boşluğunun təmizlənməsidir ki, bu məqsədlə uşaqlara mütləq düzgün fınxırmağı öyrətmək lazımdır.
Necə düzgün fınxırmalı? Ilk baxışdan çətin heç nə yoxdur. Burnu dəsmal ilə örtmək və nəfəs vermək lazımdır! Lakin düzğün olmayan fınxırma vəziyyəti pisləşdirə bilər. Hər 2 burun dəliyindən birdən fınxırmaq lazım deyil. Bu kəskin otitin əmələ gəlmə riskini artırır, belə ki, bu halda burun boşluğunda yüksək təzyiq əmələ gəlir və infeksiya qulağa yayıla bilər. Bunun qarşısını almaq üçün güc vermədən fınxırmaq və hər burun dəliyini ayrı ayrılıqda ağızı yüngülcə açaraq təmizləmək lazımdır. Həmçinin burnu çəkmək də məsləhət deyildir - infeksiya daxilə, daha dərinə doğru gedə bilər. Ancaq quru, birdəfəlik dəsmallardan istifadə etmək lazımdır. Burun dəsmalının yaş möhtəviyyatı virus və bakteriyaların çoxalması üçün ideal mühitdir.
Körpələrin burnunu mayeni soran xüsusi aspirator vasitəsilə təmizləyir, burun keçidlərini yuyurlar. Yumaq üçün nəinki fizioloji məhlul, həmçinin dərman məhlulları, duzlu məhlulllar, otlardan dəmləmələrdən, dəniz suyu qarışığından istifadə edilir. İsti, ödemi azaltmağa və bərpa prosesini sürətləndirməyə kömək edir. Lakin bu üsul irinli rinitlər zamanı əks göstərişdir, buna görə də onun istifadəsi zamanı mütləq həkimlə məsləhətləşin. Fizioterapiyaya - diatermiya, UYT-terapiya, UB-şüalandırma, nebulayzer vasitəsilə inhalyasiya daxildir.
Dərman vasitələrinin qəbulu.  Burun tutulmalarına qarşı müxtəlif vasitələr vardır: damcı, sprey və hətta tabletlər. Bu vasitələr səbəbi (antiallerik, virusəleyhinə, antibakterial) və simptomları (dəniz suyu əsasında damardaraldıcı və ya yumşaldıcı və ödeməleyhinə) aradan qaldıran qruplarına bölünürlər. Bir qayda olaraq onları kompleks terapiyada təyin edirlər.
Damcı və spreylər yerli olaraq selikli qişaya təsir göstərir. Spreylərin istifadəsi daha rahatdır, belə ki, uzanmaq və ya başı arxaya atmaq lazim deyil, istənilən vəziyyətdə istifadə etmək olar. Dərman vasitəsi başlıqla püskürdülərək selikli qişaya həmcins paylanır. Uşaqlar üçün daha çox damcı forması məsləhət görülür, belə ki, püskürdülmə uşağı qorxuda bilər və psixoloji olaraq damcılatma ilə uşaq daha rahat razılaşır. Zökəm zamanı damardaraldıcı effektə malik damcı və spreyər "burada və indi" prinsipinə uyğun tez effekt göstərən vasitələrdir. Əgər burundan axan selik qatılaşıb və sarı, yaşıl rəng alıbsa deməli, selikli qişada bakteriyalar çoxalmağa başlayıb və həkim məsləhəti ilə antibakterial təsirli damcılardan istifadə uyğundur; əgər burun tutulması allergiya ilə bağlıdırsa eyni zamanda tez və dayanıqlı effekti allergik reaksiyaları blokada edən preparatlar verəcəkdir; viruslu infeksiyalar zamanı yerli immuniteti yüksəldən preparatlardan istifadə məsləhətdir, nəticə etibarı ilə immun sistemi virusla daha aktiv mübarizə aparmağa başlayacaqdır. Kombinə olunmuş vasitələr eyni zamanda bir neçə problemi həll edir. Məsələn, damarları daraldaraq nəfəsalmanı yaxşılaşdırır, allergiya ilə mübarizə aparır, qatı seliyi durulaşdıraraq burun boşluğundan xaric olmasını asanlaşdırır, ödemi aradan qaldırır. Dəniz suyu tərkibli preparatlar isə həm müalicə, həm də profilaktika məqsədilə zökəm zamanı burun boşluğunun yuyulması üçün istifadə olunur. Hipertonik məhlul ödemi və ifrazatı aradan qaldırır, izotonik isə burun boşluğu gigiyenası üçün istifadə olunur.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Sağlamlıq       Tarix: 19 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeber.az sonxeberler son.xeber