Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        
KONKRET.az xəbər verir ki, Qarabağı öz xoşu ilə tərk edən ermənilərin vətəndaşlıq pasportunda doğum yeri Azərbaycan və ya Azərbaycan SSR göstərilir.
Pasportda yaşayış yeri əvəzinə beynəlxalq ISO 3166 standartına uyğun olaraq yalnız ölkənin adı yaradılır. Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti bunu yalnız beynəlxalq aviasiya və sərhəd standartlarına uyğunluq üçün texniki bir addım kimi təqdim edib.  "Hraparak" nəşri isə iddia edir ki, Qarabağı tərk edən ermənilər bunu öz hüquqlarının və şəxsiyyətlərinin kobud şəkildə pozulması hesab edirlər.
Xankəndidən köçən Armen Qriqoryan "Biz evimizi və vətənimizi məhz Azərbaycanın bir hissəsi kimi yaşamamaq üçün tərk etdik və indi Ermənistanda bizə doğulduğumuz yerin Azərbaycan olduğunu göstərən sənəd verirlər. Bu, başqa bir hüquq növünün pozulmasıdır. Bu məsələ aydın şəkildə həll olunana qədər ərizəmi davam etdirməkdən imtina etdim", – deyə şikayətlənib.
Xocavənddə yaşamış Narine Avagyan da oxşar narahatlıqlarını dilə gətirərək qeyd edib ki, sistem bunu avtomatik olaraq edir və heç nəyi dəyişə bilməzlər: "Bəs kimsə öz iradəsinə zidd olaraq sənədinə belə bir şey necə yaza bilər? Bu, xaricə səyahət edərkən sərhədlərdə əlavə başağrılarına və şübhələrə səbəb olacaq".
Bakıda həbsdə olan hərbi canilərin müdafiəçisi olan Siranuş Sahakyan və bir sıra müdafiə təşəbbüsləri belə bir yanaşmanın "həm beynəlxalq hüquq, həm də fundamental insan haqları baxımından problemli olduğu" barədə həyəcan təbili çalır. Hüquqşünasların fikrincə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydaları "mübahisəli və ya tanınmamış ərazilərdə doğulmuş şəxslərə pasportlarında ölkənin adını deyil, konkret yaşayış məntəqəsinin adını göstərməyə imkan verir ki, bu da beynəlxalq təcrübədə lazımsız siyasi və təhlükəsizlik risklərindən qaçınmaq üçün geniş istifadə olunur".
Lakin separatçı və cahil erməni ünsürləri hələ də dərk etmirlər ki, Qarabağ ərazisi mübahisəli deyil və onun Azərbaycana aid olduğunu Ermənistan da, dünya da tanıyır, üstəlik, sülh mətni paraflanıb. Onların "vətənimizi məhz Azərbaycanın bir hissəsi kimi yaşamamaq üçün tərk etdik" ifadəsi belə kökündən səhv, ağıldan kəm adamların yanaşmasıdır. Çünki yaşadıqları yer beynəlxalq hüquqla həmişə Azərbaycan əraziləri olub, dünən də belə idi, bu gün də belədir.
Və bu həqiqətin sabah da belə olacağına kimsə şübhə etmir. Elə ona görə 2023-cü ildə ermənilər bölgədən gedərkən onlara Azərbaycan vətəndaşlığı təklif edilmişdi. İndi isə Ermənistan Daxili İşlər Nazirliyi açıqlama verərək biometrik sənəddəki "doğum yeri" sahəsinin ISO 3166 standartı ilə tənzimləndiyini bildirir.
Ən əsası isə bu pasportlar ermənilərin səyahət imkanlarını məhdudlaşdırmır. Çünki sənəddə Ermənistan vətəndaşıdırlar, sadəcə, doğum yeri Azərbaycan göstərilir və bu da tarixi faktdır. Yəni onlar nəyə etiraz etdiklərini bilmirlər və məntiqsiz arqument irəli sürməyə çalışırlar. Hər kəsə bəllidir ki, həmin şəxslər, hətta həbsdə olan Araik və bəzi canilər Xankəndidə doğulublar. Deməli, onlar Azərbaycan SSR ərazisində dünyaya gəliblər. Əslində, Azərbaycanda da bir çox köhnə pasportlarda qərbi azərbaycanlıların doğum yeri Ermənistan SSR göstərilir ki, bu da reallıqdır. Görünür, qondarma "artsax" mifi bir çox ermənilərin hələ də canından çıxmayıb…/Musavat.com

Siyasi       Tarix: 20 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Qarakənd faciəsindən 35 il ötür

Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin, dövlət xadimlərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının bu gün növbəti ildönümüdü

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə səfirliyin X-dəki hesabında paylaşım olunub. "Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Gün

Paşinyan öz yerinə Simonyanı hazırlayır? - Yeni konstitusiyada önəmli detal

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının(TŞ) katibi vəzifəsinin ləğvi planlaşdırılır.   xəbər verir ki, məlumatı Ermənistanın ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd"

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. xatırladır ki, bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafınd

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

"Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?"

"Əliyevin sülhü" deyirlər (müxalifəti nəzərdə tutur – red. Gəlin sülhün necə qurulduğuna nəzər salaq. Sülh müqaviləsi imzalanmalıdır, onu kim imzalayacaq? İndi böyük bir sürpriz, milli rüsvayçılıq, sui-qəsd ifşas

Azərbaycan Vətən müharibəsi dövründə mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bu sözləri Preziden


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cebheden xeber havanın temperaturu enson xeberler