Bütün gözlər Azərbaycanda: Prezidentin müsahibəsindəki açıq mesajlar - VİDEO

Bütün gözlər Azərbaycanda: Prezidentin müsahibəsindəki açıq mesajlar - VİDEO27 Sentyabrda Azərbaycan vətən müharibəsinin başlamasının 1-ci il dönümünü anım günü kimi qeyd etdi. Dünya ictimaiyyətinin diqqəti yenidən ölkəmizə, xüsusən Ali Baş Komandan, Prezident İlham Əliyevə yönəldi. Ölkə başçısı dünyanın bir sıra aparıcı telekanallarına müsahibələr verdi. Prezident İlham Əliyev bu dəfə də, qətiyyəti, ölkəmizin ədalətli mövqeyini ortaya qoyması, eyni zamanda xüsusi natiqlik qabiliyyəti ilə diqqəti özündə cəmləşdirdi.
APA TV-yə açıqlama verən deputat Elman Məmmədov deyir ki, hazırda Azərbaycanla bağlı məsələlər bütün dünyada müzakirə olunur və ölkəmizin haqq işini əksər dövlətlər dəstəkləyir. Deputatın sözlərinə görə, müəyyən dövlətlər, xırda təşkilatlar Azərbaycanın haqq işinə kölgə salmağa çalışsa da, Azərbaycan Prezidenti bu dövlətlərə beynəlxalq hüquqa əsaslanan adevkat cavablar verir: "Cənab Prezident hələ müharibə dövründə 30 dan çox dünyanın tanınmış media qurumlarına, informasiya agentliklərinə müsahibələr verdi. Çox təəssüf ki, gələn jurnalistlərin çoxu qərəzli mövqe sərgiləyirdi. Ölkə başçısı özü dediyi kimi, onlar jurnalistdən daha çox prokuror mövqeyi sərgiləməyə çalışırdılar. Ancaq Cənab Prezident verdiyi yüksək cavablar sayəsində onlar verdikləri suallara əsaslandırılmış cavablar alırdılar. Həm diplomatik baxımdan, həm dövlət başçısı kimi, həm də sərkərdə kimi".
Elman Məmmədovun fikrincə, bu proses bu gün də davam edir: "Frans 24 telekanalının jurnalisti prezidentə sual verir ki, Dağlıq Qarabağa muxtariyyət verilməyəcək? Status kvo olmayacaq? Cənab prezident qəti şəkildə dedi ki, xeyir verilməyəcək".
Deputat Fazil Mustafa isə deyir ki, ölkə başçısının dünya ictimaiyyəti ilə təmaslarında, beynəlxalq təşkilatlarla görüşlərində ana xətt Qarabağın gələcəyi ilə bağlı mövzu olur. Onun sözlərinə görə, Azərbaycan Prezidenti son günlərdə olan çıxışlarda məsələyə daha aydın şəkildə öz münasibətini bildirdi: Prezident ilk növbədə Qarabağın hər hansı bir statusunun olmayacağı, Qarabağın artıq Azərbaycanın iqtisadi bölgəsi, rayonu kimi olduğunu, bütün münasibətlərin bu konteksdə müəyyən olunduğunu, Ermənilərin ölkəmizdə yaşayan digər azsaylı xalqları kateqoriyasına daxil olduğunu bildirdi. Bu həm də onu göstərdi ki, Azərbaycan artıq kiminsə diktəsi ilə Qarabağın süni formada hansısa bir siyasi formasının Azərbaycana diktə olunmasına icazə verməyəcək. Bu birmənalı şəkildə sonuncu müsahibədə də özünü göstərdi".
Deputatın sözlərinə görə, Prezident qətiyyətli fikirlər səsləndirərək, istənilən ölkənin Azərbaycanın daxili işlərinə qarışmasının yolverilməz olduğunu bildirdi və göstərdi ki, Gorus-Qafan yolunda nəzarət etməklə Azərbaycan özünün suverən hüququnda istifadə edir: "Hər hansı bir ölkə Azərbaycanın başı üzərindən Qarabağda yaşayan Ermənilərə dəstək verərsə, Azərbaycan tərəfi bunun qabağını qətiyyətli şəkildə alacaq. O cümlədən İranın da bu məsələ də qonşuluq prinsipinə uyğun davranması zəruridir. Əgər bu davranışdan İran imtina edərsə bu, özü üçün baha başa gələcək, çünki Azərbaycan əvvəlki Azərbaycan deyil və kifayət qədər gücü olan bir ölkədir. Əgər bu cür təhdidlərdə maraqlı olsalar layiqli cavab veriləcək".
Deputat bildirib ki, ölkə başçısı son günlər olan çıxışlarında qonşularımızla normal əlaqələrimizin inkişaf etməsində maraqlı olduğunu vurğulayıb. Bu inkişaf həm də regionun gələcək inkişafına töhfə verə bilər.

Siyasi       Tarix: 02 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son.xeber son.xabar krimnal xeber