"Cafe AnderSon" Bakı şəbəkəsinin sahibi: "Brendin yaradıcısının ermənipərəstliyi qəbuledilməzdir" - MÜSAHİBƏ

"Cafe AnderSon" Bakı şəbəkəsinin sahibi: "Brendin yaradıcısının ermənipərəstliyi qəbuledilməzdir" - MÜSAHİBƏ"Cafe AnderSon" Bakı şəbəkəsinin sahibi: "Brendin yaradıcısının ermənipərəstliyi qəbuledilməzdir" - MÜSAHİBƏ
Bir neçə gün əvvəl Bakıda fəaliyyət göstərən "Cafe Anderson" kafe şəbəkəsinin yaradıcısı Anastasiya Tatulovanın "Instagram" səhifəsi üzərindən Azərbaycan – Ermənistan münaqişəsi haqqında şəxsi fikirlərini paylaşması ciddi narazılıq doğurub. A.Tatulovanın ermənipərəst mövqeyi haqlı olaraq əhalinin narazılığına səbəb olub.
Artıq Bakıda fəaliyyət göstərən "Cafe AnderSon" kafesinin adının yazıldığı lövhə şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın ermənipərəst mövqeyinə görə söküldüyü ilə bağlı da məlumat vermişik.
Sözügedən kafe şəbəkəsinin Bakıdakı şöbəsinin rəhbərliyi mövcud paylaşımdan sonra bu brendlə bütün əlaqələrin və əməkdaşlığın tamamilə dayandırılacağını və onların franşizasından imtina olunduğunu bəyan edib.
Restoranın Bakı şöbəsinin rəhbəri Kamran Zeynalov məsələ ilə bağlı Oxu.Az-a qısa müsahibə verib.
"Cafe AnderSon" Bakı şəbəkəsinin sahibi: "Brendin yaradıcısının ermənipərəstliyi qəbuledilməzdir" - MÜSAHİBƏHəmin müsahibəni təqdim edirik:
- Bu biznesə başlayanda məlum brendin yaradıcının kimliyi ilə bağlı heç araşdırma aparmamışdınız?
- Bilirsiniz, maraqlanmaq deyəndə ki, Anastasiya Tatulova erməni deyil. Onun ata-anası da erməni deyil. Ailəlikcə rusdurlar. Onun keçmiş həyat yoldaşının anası erməni olub. Statusunda da yazıb ki, uşaqlarının qanında erməni qanı var. Həm də bu günə qədər onun ermənipərəst mövqe sərgilədiyinin şahidi olmamışam. O Rusiyada anadan olub, orda böyüyüyb. Biz də onu rus kimi tanımışıq. Bu posta qədər bənzər heç bir vəziyyətlə qarşılaşmamışıq.
- Bəs Anastasiya Tatulovanın "Instagram" üzərindən etdiyi paylaşımı görəndə reaksiyanız necə oldu? Dərhal məsələyə mövqe bildirib açıqlama paylaşdınız. Bəs birbaşa özü ilə əlaqə saxladınızmı?
- Bəli, bu postu görən kimi dərhal onunla əlaqə saxladıq. Şəxsən özüm birbaşa əlaqə saxladım və öz iradlarımı bildirdim. Anastasiya Tatulovanın Ermənistan-Azərbaycan arasındakı bu münaqişədə həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirməsi tərəfimizdən qəbuledilməz haldır. Ona görə də bu brendlə bütün əlaqələrimizi kəsdiyimizi və əməkdaşlığa tamamilə son verildiyini dedim. Onların franşizasından imtina etdiyimizi rəsmi surətdə bəyan etdik.
Düzdür, söhbət əsnasında iradlarımızı dinlədi və üzrxahlıq etdi. Əslində fikirlərini tam olaraq o cür ifadə etmək istəmədiyini dedi. Lakin, bizim üçün bunun artıq bir əhəmiyyəti yoxdur. Bizim danışığımızdan sonra postu sildi və növbəti üzrxahlıq postu da paylaşdı. Lakin bizim fikrimiz qətidir, birmənalı olaraq birtərəfli şəkildə franşizadan imtina etdik.
- Ümumiyyətlə bu günə qədər Anastasiya Tatulovanın Bakıdakı kafenin idarəsində və ya hər hansı başqa şəkildə rolu olubmu?
- Xeyr, A.Tatulovanın ümumiyyətlə kafe ilə heç bir əlaqəsi olmayıb. Biz ondan sadəcə franşizanı almışıq və beş illik müqavilə bağlamışdıq. Hazırda restoranımız üç ildir fəaliyyət göstərir. Müqavilənin bitməsinə iki il qalsa da, birtərəfli şəkildə xitam verdik.
- Bəs müddətdən əvvəl müqaviləyə xitam verdiyiniz üçün üzərinizə hansı öhdəliklər düşür?
-Bizim üzərimizə heç bir öhdəlik düşmür. Tam əksinə biz iddia qaldıracağıq və bizə dəymiş ziyana görə təzminat tələb edəcəyik. Hazırda bu brenddən imtina etmək bizə 20-30 min manata başa gələcək.
-Bu gün artıq "Cafe Anderson" lövhəsinin sökülməsi ilə bağlı məlumatlar paylaşılıb. Cəmiyyət tərəfindən dərhal reaksiya verilməsi müsbət qarşılanıb. Bəs sahibkar olaraq növbəti mərhələdə nə düşünürsünüz?
- Bəli, hazırda kafenin adı sökülür. Eyni zamanda hazırda kafedə "Anderson" adının qeyd olunduğu bütün lövhələr, qablar, yazılar, reklamlar və s. bütün detallar tam xırdalıqlarına qədər silinir. Dediyim yeni adın seçilməsi, reklamların hazırlanması, onun brend olaraq formalaşmasına, qab-qacaq servislərin yenilənməsi üçün kifayət qədər əlavə xərc tələb olunur.
-Bəs yeni brend üçün ad seçimisizmi? Alternativlər varmı?
-Əslində bir neçə variant hazırlamışıq. Lakin bütün hallarda bu barədə hələ heç nə demək istəmirəm. Çox güman ki, biz bunu sosial şəbəkədə paylaşacağıq və müştərilərimizin seçiminə buraxacağıq. Restoranımız daha gözəl adla öz fəaliyyətini qısa müddətdə bərpa edəcək.
Könül Cəfərli 

Siyasi       Tarix: 21 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava şou biznes xəbərləri apa.az xeberler ən son xəbər