Çağırışa gedən həkimlər dünyanın ən yaşlı insanı ilə rastlaşdılar – FOTO
Çağırışa gedən həkimlər dünyanın ən yaşlı insanı ilə rastlaşdılar – FOTO
Braziliyada dünyanın ən yaşlı insanı aşkarlanıb. Belə ki, ölkənin şimal-şərqində, ucqar kəndlərin birində çağırısa gedən həkimlər 121 yaşlı qadınla rastlaşıblar.
Doğum şəhadətnaməsinə əsasən, Mariya Qomeş duş Reyş 1900-cü il iyunun 16-da Braziliyanın Bom Jesus da Lapa bələdiyyəsinin Bela Vista kəndində anadan olub.
Bütün uşaqları artıq dünyasını dəyişdiyi üçün qadına nəvəsi Seliya qulluq edir. Onun sözlərinə görə, nənə səkkiz il əvvələ kimi gümrah olub: Hamının qayğısına qalıb, yemək bişirib, paltar yuyub, nəvə-nəticələrini də böyüdüb.
Qadın hazırda yataq xəstəsidir və hələ də doğma kəndində yaşayır.
Duş Reyşin 13 nəticəsi, altı kötücəsi var və ailə onun ilk yadıcasını görəcəyinə ümid edir.
"Biz onun qoca yaşında olduğunu bilirdik. Amma dünyanın ən yaşlı insanı... Buna təəccübləndik", - deyə Selia etiraf edib.
Mənbə: Daily Mirror
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız