"Caliber": "Hikmət Hacıyev Tonoyana dinc şəhərlərinin atəşə tutulmasının alçaqlıq olduğunu bildirdi" - VİDEO
Vətən Müharibəsinin başlamasından bir il sonra, o günlərin xüsusilə də təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrini erməni ordusunun vəhşicəsinə bombalaması ilə əlaqədar indiyə qədər bilinməyən bəzi detallar tədricən ortaya çıxmağa başlayır.
Cəbhədə tam məğlubiyyətə düçar olan və bununla da insanlıq simasını tamamilə itirən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın dinc şəhərlərinin atəşə tutulması üçün cinayətkar əmri verdi. Tərtərin gecə-gündüz atəşə tutulması, eləcə də yuxuda olan Gəncəyə raket zərbələri endirilməsi həm beynəlxalq hüquqa, həm də müharibənin elementar normalarına açıq-aşkar təhdid idi.
Həmin vaxt mülki əhali arasında çoxsaylı itkilərin qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi düşmənlə əlaqə yaratdı. Məlumatlı mənbələrdən "Caliber"ə məlum olub ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vasitəsi ilə Ermənistanın müdafiə naziri David Tonoyana Azərbaycanın dinc şəhərlərinin atəşə tutulmasının alçaqlıq olduğunu bildirib və müharibənin bu cür vəhşiliyi istisna edən elementar qaydalarına riayət etməyə çağırıb.
Daha ətraflı "Caliber"in hazırladığı videosüjetdə izləyə bilərsiniz

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı