Candan bacıları yenidən hakim qarşısında
"Mən hüquq fakültəsini bitirmişəm, amma bu hadisəyə görə işimi görə bilmirəm".
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri həbsdə olan Nihal Candan kimi tanınan müttəhim Gülnihal Çiçək deyib.
"Mən hüquq fakültəsini bitirmişəm, amma bu hadisəyə görə işimi görə bilmirəm. İfadə verməyə hazıram, həyəcandan huşumu itirməsəm heç bir problem yoxdur. Mən burada heç bir günah görmürəm. Dəfələrlə ittiham aktını oxumuşam. İttiham aktında mənə qarşı açıq-aşkar ittiham görə bilmirəm. 2021-ci ildə səhv adamla münasibətdə oldum. İttihamnamədə təşkilatın rəhbəri kimi adı keçən Onur Apaydın iş adamı, aktiv qazanc sahibi olduğunu və məni çox bəyəndiyini bildirib. Mən o vaxt səhhətimlə bağlı problemlər yaşayırdım.
Bu çox uzun bir sevgi hekayəsi olmayıb. Onur Apaydın barəsində uzaqlaşdırma qərarı alıb ondan ayrılmışdım. Avtomobil satışı ilə bağlı hadisələrlə bağlı məlumatım yoxdur. Hazırda Faruk Çiçək adlı şəxslə ailəliyəm, amma o da mənə qarşı boşanma iddiası qaldırıb. Bir az ucadan danışmağım sizi ürküdürsə məni bağışlayın, cənab hakim".
Nihal Candan müdafiəsinə davam edərkən göz yaşlarına boğulub və ölümcül xəstəliyə yoluxduğunu açıqlayıb:
"Ölümcül bir xəstəliklə mübarizə aparıram. Yemək belə yeyə bilmirəm. Mənim malım bir-iki çanta, bir cüt ayaqqabı ola bilər. Bunlarla isə məni həyat yoldaşım təmin edirdi. Biz bu hadisələrə görə maddi olaraq da çox çətin vəziyyətdəyik".
Oksana

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır