Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkəni ilə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
azxeber.com "pravda.az"a istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, təqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində isə imam nikahı bağladığını qeyd edib. Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"