Cavanşir Paşazadə: "Bəzi hotellərdə əxlaqsızlıqlara yol verilir, gənc qızlar dəvət olunurlar

Cavanşir Paşazadə: Paytaxt ərazisində yaşayış binalarının zirzəmisində, yaxud birinci mərtəbəsində fəaliyyət göstərən gecə klubları, hotellər, müxtəlif iaşə obyektləri ilə bağlı narazılıqlar hər zaman olduğu kimi, bu gün də davam edir. Bu cür iaşə obyektləri yerləşən binaların yuxarı mərtəbələrində yaşayan sakinlər həmin obyektlərdəki səs-küy, kəskin qoxu, gecə saatlarına qədər davam edən musiqi səsindən narahatlıq keçirirlər.
Bakının Nizami rayonu Əlif Hacıyev küçəsində yerləşən 46d nömrəli binanın sakinlərinin vəziyyəti isə daha acınacaqlıdır. Belə ki, bu binada yaşayan sakinlərin sözlərinə görə, birinci mərtəbədə fəaliyyət göstərən "Nord-West" hoteli əxlaqsızlıq yuvasına çevrilib. Gecə saatlarına qədər hotelin həyətində davam edən səs-küy, nalayiq ifadələr, siqaret qoxusu sakinlərin dinc yaşayışına imkan vermir. Onlar bildirirlər ki, məsələ ilə bağlı rəsmi qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.
Mövzu ilə bağlı Pravda.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, dünyanın bir çox ölkələrində yaşayış binalarının aşağı mərtəbələri iaşə obyekti kimi fəaliyyət göstərir.
"Bura müalicə mərkəzləri, kiçik hotellər də daxildir. Azərbaycanda da turistlərin gecələməsi üçün fəaliyyət göstərən hotellər var. Qanunauyğun şəkildə, lisenziyalı fəaliyyət göstərən iaşə obyektlərinin olması normaldır. Əlbəttə, bu məsələdə milli mentalitetimiz, yerli sakinlərin rahatlığı da nəzərə alınmalıdır. Bəzi hotellərdə qeyri-qanuni hallara, əxlaqsızlığa yol verilir, gənc qızlar dəvət olunurlar. Sakinlərin gözü qarşısında bu cür halların yaşanması yolverilməzdir. Bu, ətrafdakı gənclərin gələcəyinə də mənfi təsir göstərə bilər.
İstərdim ki, aidiyyəti strukturlar lisenziya verərkən həmin obyekt sahiblərinin hansı işlə məşğul olmaları, obyektin yerləşdiyi ərazi və bu kimi məsələlərə həssas yanaşsınlar, diqqət etsinlər. Qanunamüvafiq qaydada iaşə obyektləri tez-tez yoxlanılmalı, lazımi tədbirlər həyata keçirilməlidir. Paytaxtda bəzi böyük məhəllələrdə yerləşən 18-20 mərtəbəli binaların aşağı mərtəbəsində kababxana açılır. Bu cür restoranlara xeyli sayda insan gəlir. Ətrafa qoxu yayılır. Bunun gecəsi-gündüzü var. Axı bu binalar yaşayış üçündür, orada körpə, yaşlı, xəstə insanlar yaşayırlar. Həmin obyektlərin gecə saatlarına qədər işləməsi sakinlər üçün narahatlıq yaradır. Bu, insanların şəxsi mülkündə istədikləri kimi yaşamalarına maneədir. Bir nəfərin qazancı, bir ailənin dolanışığı naminə xeyli ailə əziyyət çəkir. Təbii ki, hər şey yerində olmalıdır. Qanunlarımıza, mentalitetimizə uyğun fəaliyyət göstərilməlidir", - deputat bildirib. / azxeber.com

Sosial       Tarix: 25 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri son xeberler bugun 2026 canli kriminal xeber bu gune olan xeberler