Cavaxetiya ermənisi yalvarır: döyüşə gəlin...
Qarabağdakı erməni işğalçılarının mövqeyi pisləşdikcə, onların kömək çağırışları bir o qədər yüksəlir. Ermənistan artıq qadınları, uşaqları, qocaları, keşişləri və hətta məhkumları cəbhəyə göndərib, lakin "top yemi" hələ də çatışmır - İrəvan artıq Azərbaycan Ordusunun qalibiyyətini dayandırmaq gücündə deyil.
Təkcə Qarabağdakı separatçılar deyil, digər yerlərdə olanlar da kömək üçün diasporaya müraciətləri davam etdirirlər. Üstəlik, yalnız maliyyə deyil. Onlara döyüşçülər və terrorçular lazımdır.
Publika.az xəbər verir ki, hazırda Qarabağda döyüşən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan məşhur separatçı Vahan Çaxalyan, Cavaxetiya ermənilərindən Qarabağa gəlmələrini və kömək etmələrini gözyaşları axıdaraq xahiş edir.
"Facebook" səhifəsində Çaxalyan gələcək silahlılara diversiya hazırlıq kursları keçmələrini tövsiyə edib, hətta əlaqə qurmalı olduqları telefon nömrəsini də paylaşıb.
Vətəndaşları Cavaxetiya sakinləri olan Gürcüstanın hüquq-mühafizə orqanları artıq hərəkətə keçməlidirlər. Çünki gələcəkdə Qarabağdan sağ qaça biləcək həmin şəxslər artıq təlim keçmiş, hazırlıqlı döyüşçü kimi və "Cavaxetiyanı Ermənistana birləşdirmək" xəyalı ilə Gürcüstana qayıdacaqlar.
Gürcüstanın baş ağrısına ehtiyacı varmı? Çətin ki. Buna görə gürcü qonşularımızın indi Çaxalyanın tərəfdarlarına qarşı müvafiq profilaktik tədbirlər görməsi lazımdır.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək