Cavidandan təsirli paylaşım: 'Atamı görsən, ona salamımı çatdır
"Atam səni də, zarafatlarını da çox sevərdi. Əgər onu görsən, salamımı çatdır..."
azxeber.com xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz sosial media hesabında həmkarı Rəşad Bəxtiyorovun vəfatı ilə bağlı etdiyi paylaşımda yazıb.
Cavidan onun ölümündən kədərləndiyini dilə gətirib:
"Həyat çox aqressivdir... Yox, əstağfirullah, mən Allaha üsyan etmirəm. Amma həyatın bəzən insanı nəfəs almağa belə qoymayacaq qədər sərt, şans verməyəcək qədər kobud qanunları var.
Teatra ilk gəldiyim günlər yadıma düşür... İlk dublör olduğum aktyor Rəşad idi. Bir-birimizi sözsüz anlayardıq, çətin vəziyyətlərdən bir-birimizi çıxarardıq. İçimdə haradasa bir ümid var idi ki, Rəşad sağalacaq. Amma bu gün oyandığımda aldığım xəbər məni tamamilə darmadağın etdi. Allah sənə rəhmət eləsin, ay Rəşad. Sənin zarafatların həmişə yerli-yerində, dadlı-duzlu olardı. Teatr səhnəsində yoxluğun daim hiss olunacaq.
Atam səni çox sevirdi, xüsusilə də zarafatlarını. Əgər bir yerdə qarşılaşsanız, ona salamımı çatdır".
Aysel
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib