Çavuşoğlu Lavrovla görüşdü
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə Suriya ətrafındakı vəziyyəti, Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması istiqamətində regionun maraqlı dövlətlərinin fəaliyyəti, eləcə də taxıl dəhlizi ilə bağlı işləri müzakirə edib.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Bildirilir ki, nazirlər Yeni Dehlidə G20 Xarici İşlər Nazirləri Şurası (FMC) çərçivəsində görüşüblər.
"Görüş zamanı bir sıra beynəlxalq problemlər, o cümlədən Suriyadakı vəziyyət nəzərdən keçirilib. Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması istiqamətində regionun maraqlı dövlətlərinin gördüyü işlərə xüsusi diqqət yetirilib, eyni zamanda Suriyada terror təhlükəsinin aradan qaldırılması üçün birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb", – nazirlikdən bildirilib.
13:34
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanda "G-20"liyin XİN başçılarının toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, S.Lavrov Nyu-Dehlidə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Braziliya XİN başçısı Mauro Viyerlə də görüşüb.
Xatırladaq ki, martın 1-də Hindistanda "G-20"liyə daxil olan dövlətlərin xarici işlər nazirlərinin sammiti keçirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir