Çavuşoğlu Rusiya ilə birgə Qarabağda yaradılacaq monitorinq mərkəzinin detallarını açıqladı
Çavuşoğlu Rusiya ilə birgə Qarabağda yaradılacaq monitorinq mərkəzinin detallarını açıqladı
"Birgə Monitorinq Mərkəzi üçün yer müəyyən edilib, konteynerlər gəlib, tikinti başlayıb. İlk mərhələdə eyni sayda – 60 türk, 60 rus hərbçinin olacağı bir mərkəz qurulur".
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mərkəz Ağdamda yerləşir. Təmas xəttinə təxminən səkkiz kilometr məsafədədir. Azərbaycanlılar da məmnundur. Əsgərlərimiz də artıq getməyə başlayıb. Bura böyük bir qərargah deyil, monitorinq mərkəzi olacaq. Gələcəkdə ehtiyac olarsa, Azərbaycanla ikitərəfli anlaşma edərək, lazımı dəstəyi hər zaman verə bilərik. Biz, həmçinin Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalanması üçün Moskvanı da təşviq edirik".
Türkiyə XİN rəhbəri həmçinin Qarabağda Rusiya sülhməramlılarının sayının üçtərəfli birgə bəyanatda göstəriləndən çox olması iddialarına da cavab verib:
"Bu barədə Azərbaycandan bir şikayət gəlməyib. Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Azərbaycandan icazəsiz bunlar edilməməlidir. "Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil" dedik".
Türkiyəli nazir, eyni zamanda Naxçıvana açılacaq dəhlizlə bağlı hər-hansı bir problemin olmadığını da vurğulayıb:
"Heç bir problem yoxdur. Moskvadakı Rusiya-Azərbaycan-Ermənistan zirvəsində də bu təsdiqlənib". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına