Çavuşoğlu Soçidə Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyini müzakirə edəcək
Çavuşoğlu Soçidə Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyini müzakirə edəcək
"Regional məsələlərdə fərqli tərəflərdə olsaq da Rusiya ilə bir çox sahədə əməkdaşlığımız var".
"TRT Haber"in məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu kosovolu həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O, Rusiya səfəri çərçivəsində müzakirə ediləcək mövzulara da toxunub:
"Suriyada fərqli tərəflərdəyik ancaq Astana prosesi ilə başlayan əməkdaşlığımız davam edir. Liviyada da fərqli tərəflərdəyik, ancaq atəşkəsin davamlı olması üçün Rusiya ilə yüksək səviyyədə fəaliyyətimizi sizlərlə bölüşdük. Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcəyik. Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bu mövzu ətrafında da gələcəkdə atılacaq addımları müzakirə edəcəyik".
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına