Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA
Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA
"Azərbaycan işğaldan azad olunmuş torpaqlarda idarəçiliyi necə aparacağı barədə mənim danışmağım düz deyil. Amma ən qısa zamanda bunu Azərbaycanın edəcəyindən heç bir şübhəmiz yoxdur".
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarının cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xalqa xidmət məsələsində gücü var:
"İlham Əliyevin erməni vətəndaşlarıla birgə yaşamaqla bağlı açıqlamaları da müsbətdir. Mən işğaldan sonra oraya qanunsuz gətirilən vətəndaşlardan danışmıram. Burada illərdir yaşayan erməni vətəndaşlar var, eyni zamanda, Türkiyədə də ermənilər yaşayırlar".
O qeyd edib ki, qarşıdurmanın çoxu bizim bölgəmizdədir:
"Həlli dondurulmuş münaqişələrin çoxu da bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, bu məsələ də həll olunacaq".
"Digər tərəfdən - Gürcüstanda, Ukraynada, Krımda, Moldovda, Suriyada, İraqda, Liviyada belə gərgin münaqişələr var. Diqqət etdinizsə, Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir.
Biz Liviyada da münaqişənin sülh yolu illə həllini dəstəkləyirik. Ancaq bizim dediyimiz bəzən qarşılığını tapmır. Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Biz problemlərin həllində lazımi addımlar atmağa davam edəcəyik", - deyə o qeyd edib.
İlhamə Əbülfət

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər
DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq
Zidan Fransa millisinin baş məşqçisi olacaq
Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
Məşhur müğənnidən ŞOK ADDIM: Villasını 100 dollara satdı
Kredit borcundan yayınmaq üçün adını və soyadını dəyişdi - FOTO
Hörmüz boğazında baş verənlər neft qiymətlərinə necə təsir edir?
Tramp Əliyevin sözlərini "Truth Social"da paylaşdı
"Sabah" 12 milyona stadion aldı, Masazırdan köçür
Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi
Müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik – Prezident
Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu