Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq "Azərişıq" ASC-də Xüsusi Qərargah yaradılıb
Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq "Azərişıq" ASC-də Xüsusi Qərargah yaradılıb
Təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində "Azərişıq" ASC əməkdaşları növbətçilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirirlər. Erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xəttlərinin zədələnməsinə səbəb olub.
Bu barədə Oxu.Az-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, ərazidə olan "Azərişıq" ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edirlər.
Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə material göndərilib. Bütün cəbhəboyu rayonlarda xüsusi əhəmyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarmızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir.
Sərhəd rayonlarına ezam olunan "Azərişıq" ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR