Cəbrayılda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub
Cəbrayıl rayonunun Marallı kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
"Report"un məlumatına görə, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Cabbarlı Turan Fuad oğlu, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fərzəli Üzeyir Faiq oğlu və Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Məhərrəmov Elvin Natiq oğludur.
Hadisə zamanı dünyasını dəyişən 3 nəfər isə Tovuz rayon sakinləridir. Onlar Tovuzun Cilovdarlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Etibar Fərhad oğlu, Çaxırlı kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Mehti Vüqar oğlu və Tovuz şəhər sakini, 2001-ci il təvəllüdlü Cəfərov Əli Elşən oğludur.
Qəza zamanı ölən və yaralananların işğaldan azad edilən ərazilərdə tikinti-bərpa işlərində çalışdıqları bildirilir.
Qeyd edək ki, yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR