Cəlal Qurbanovun adı hallanan anlaşılmazlığa aydınlıq gətirildi
Bakıda nəğməkar-şair Cəlal Qurbanov tərəfindən döyülən sahibkar Fəhmin Əlizadə açıqlama verib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, F.Əlizadə bildirib ki, C.Qurbanovla aralarında barışıq əldə olunub:
"Bir neçə gündür sosial mediada Cəlal Qurbanovun barəsində məlumatlar yayılmaqdadır. Aramızda yaranan anlaşılmazlıq nəticəsində özüm də istəmədən bu hadisədə adı hallanan şəxs oldum.
Qeyd etmək istəyirəm ki, Cəlal Qurbanov ziyalı ailənin övladıdır. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən "Pinachi" kimyəvi təmizləmə mərkəzində onunla işbirliyimiz var və tanışlığımız ərzində həmişə aramızda qarşılıqlı hörmət olub.
Eyni zamanda, maddi-mənəvi heç bir öhdəliyimiz olmayıb. Hazırda aramızda yaranmış narazılıq aradan qaldırılıb və barışıq əldə edilib. Bundan sonra da onunla münasibətlərimiz və iş birliyimiz yenidən əvvəlki kimi hörmət çərçivəsində davam edəcək".
Qeyd edək ki, hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən "Pinachi" kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü - Foto
"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."
İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi
Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB
ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki
Elşad Qarayevin vəsiyyəti nədir?
Demet Akalın vəsiyyətini açıqladı