Cəlilabad və Masallının bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir

Cəlilabad və Masallının bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir"Azərişıq" ASC Cəlilabad və Masallı rayonlarının bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir.
azxeber.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə paytaxt və regionlarda yenidənqurma işləri davam etdirilir.
Cəlilabadın Komanlı, Rüstəmabad və Bəcirəvan kəndlərində 0,4 və 10 kV-luq yeni metal dayaqlar əkilir, müasir elektrik xətləri çəkilir, açıq naqillərin yerinə müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur. Ümumilikdə 9 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.
Masallının Köhnə Alvadı kəndində də ötən əsrin 60-cı illərində quraşdırılmış elektrik şəbəkəsi yenisi ilə əvəzlənir. Kənddə 0,4 kV-luq ÖİN çəkilişi və yeni sayğacların quraşdırılması davam edir. Həmçinin elektrik enerjisinə artan tələbat nəzərə alınaraq 10 KTM quraşdırılacaq.
Lürən kəndində 0.4 kV-luq dayaqların basdırılması, elektrik xətlərinin yenilənməsi işləri başa çatıb. Hazırda 10 kV-luq yeni dayaqlar əkilir, ÖİN-3 kabel xətləri çəkilir.
"İstehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməklə yanaşı elektrik enerjisi itkilərini minimuma endirməyi hədəfləyən "Azərişıq" Cənub regionu ilə yanaşı ölkənin bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və əsaslı təmir işlərini davam etdirir", - deyə məlumatda qeyd olunub.

Sosial       Tarix: 05 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı son xəbərlər azərbaycanda xeberler bu qun en son xeberleri